Zərdabda örüş sahələri zəpt olunan sakinlərin etiraz aksiyası – İcra hakimiyyəti SUSUR…

Hadisə Manşet
Loading...

Zərdab rayonunun Çallı kəndində örüş sahələri əllərindən alınan kənd sakinləri fevralın 20-də etiraz aksiyası keçirərək, magistral yolu bağlayıblar.

Redaktor.az bildirir ki, hadisə yerinə gələn polislərlə sakinlər arasında qarşıdurma yaşanıb, bir neçə nəfər saxlanılıb. Daha sonra sərbəst buraxılıblar. Sakinlərləgörüşən rayonun icra başçısı Mərdan Camalzadə onlarla danışıqlar aparıb.

Xəbərin olsun:  Dövlət Xidməti: Səfərbərlik çağırışı ilə bağlı SMS-lər saxtadır

Məsələ ilə bağlı Zərdab Rayon İcra Hakimiyyəti ilə əlaqə saxladıq. Telefona cavab verən şəxs bildirdi ki, bu barədə heç nə deyə bilməz:

“Başqa bir nömrə tapın, onunla danışın. Bu barədə nə deyim?! Heç nə deyə bilmərəm. Deyəsən problem həll olunub”.

Загрузка...