“Yuventus” Ronaldonu sata bilər

İdman Manşet
Loading...

“Yuventus” koronavirus pandemiyası ilə əlaqədar yaranan maliyyə itkiləri səbəbindən futbolçusu Kriştiano Ronaldonu satmağa məcbur ola bilər.

Qol.az İtaliya mətbuatına istinadən xəbər verir ki, mövsüm bərpa olunduqda “Yuventus”un iqtisadi problemlərə görə portuqaliyalı hücumçuya əvvəlki maaşı vermək ehtimalının az olduğu vurğulanıb. 35 yaşlı oyunçu Turin klubunda ilinə 31 milyon avro qazanır.

Xəbərin olsun:  Avropanın ən dəyərli klubları – ilk “10-luq”da 6 ingilis

Bildirilib ki, bu problemi həll etməyin yolu Kriştianonu başqa kluba satmaqdır. Bu halda “Yuventus”un oyunçu üçün azı 70 milyon avroluq təklifləri nəzərdən keçirəcəyi iddia olunub.

Qeyd edək ki, Ronaldonun Turin təmsilçisi ilə müqaviləsi 2022-ci ilin yayında başa çatır.

Загрузка...