YPX avtomobili polis əməkdaşını vuraraq öldürdü – RƏSMİ

Hadisə Manşet
Loading...

Daxili İşlər Nazirliyi (DİN) Gəncədə polis əməkdaşın öldüyü yol qəzasına aydınlıq gətirib.

DİN-in mətbuat xidmətindən APA -nın sorğusuna cavab olaraq bildirilib ki, bu qəza respublika ərazisində hər gün baş verən yol qəzalarından biridir: “Bu gün səhər saat 07:00 radələrində Gəncə şəhər Post Patrul Xidmətinin əməkdaşı, polis nəfəri Fərhad Abdullayev avtobusdan düşüb yolu keçərkən həmin yolda hərəkətdə olan Yol Patrul Xidmətinə (YPX) məxsus avtomobillə vurulub. Nəticədə piyada aldığı xəsarətdən hadisə yerində ölüb. Bəzi sosial şəbəkə istifadəçiləri yol-nəqliyyat hadisəsinin başvermə səbəbi barədə yalan və əsassız iddialar səsləndirirlər. Bir daha qeyd edirik ki, bu hadisə də hər gün rastlaşdığımız yol-nəqliyyat hadisələrindən biridir. Təəssüf ki, bu yol-nəqliyyat hadisəsində həlak olan bizim əməkdaşlarımızdan biri olub”.

Загрузка...
Xəbərin olsun:  Nazirlik cəbhədə baş verənlərlə bağlı məlumat yaydı