Xalq artisti etiraz etdi: “Verilişlərin səviyyəsi bərbaddır”

şou-biznes
Loading...

“Karantində çoxlu qəzəllər, şeirlər oxudum, istədiyim verilişlərə baxdım. Evdə qalmaqdan darıxmadım”.
Oxu.Az xəbər verir ki, bu sözləri Xalq artisti Aygün Bayramova İTV-də yayımlanan “Gəl qonaq ol!” səhər şousunun canlı yayımına “Skype” vasitəsi ilə qoşularkən deyib.
Sənətçi efirlərə qatılmamasının səbəbini belə şərh edib:

“Son zamanlar efirdə yayımlanan verilişlərin və ora qatılan ifaçıların səviyyəsi aşağı və bərbaddır. Özümü o proqramlarda görmədiyimdən efirlərə çıxmıram. Yalnız sevdiyim verilişlərə gedirəm. Yaxşı proqramlar olsun ki, gedim”.
Xalq artisti mətbəxi sevmədiyini, amma dadlı yeməklər bişirdiyini deyib və çıxışını akapella oxuyaraq yekunlaşdırıb. 

Загрузка...