Xəzər TV-nin üzrhaqlıq tələbi – MƏKTUB

Cəmiyyət
Loading...

Saytımızda 01.02.2019-cu ildə təqdim edilmiş xəbərlə bağlı redaksiyamıza Xəzər Televiziyasından irad məktubu daxil olub. Məktubu olduğu kimi təqdim edirik:

Orman.Az xəbər portalının Baş redaktoru cənab Sərdar Aminə
Hörmətli Sərdar bəy,
Xəzər TV-də həftə içi hər gün yayımlanan Xəzər Səhər verlişinin 1 fevral buraxılışında aparıcılar Novruz bayramının əlamətdar günləri barədə AMEA-nın məlumatlarını efirdə səsləndiriblər. Bu vaxt aparıcımız İlhamiyyə Rza ilk çərşənbənin 25 gün sonra yəni fevralın 26-da, tezliklə olacağını vurğulayıb və “Novruza hazırlaşın, yazın gəlişinə az qaldı”, kimi fikirlər söyləyib. Orman.Az saytı verlişin məhz bu hissəsini ümumi konteksdən çıxarıb, “aparıcı soyqırım günündə bayram etməyə səslədi”, “efirdə biabırçılıq”, “aparıcının biabırçı səhvi” kimi ifadələrtlə şərh edərək yayımlayıb. Beləliklə, digər sayt və sosial şəbəkə səhifələrinə, həmçinin ayrı-ayrı fərdlərə, istər telekanal, istərsə də aparıcı haqqında nalayiq şərh və təhqirlər yazmaq üçün platforma yaratmış olub. Saytın “like” toplamaq xatirinə kanal və aparıcının işgüzar nüfuzuna zərbə vurmasına etiraz edir, verlişdə Xocalı günü, çərşənbə günləri barədə nə deyilibsə, bu dəfə tam şəkildə yayımlamağı və öz səhifələrində üzr istəmələrini tələb erdirik.
“Xəzər” televiziyasının Xəbərlər Departamentinin müdiri İnqilab Məmmədov

Orman.Az olaraq bir daha mətbuatın diqqətinə çatdırırıq ki, məlumatı yaymaqda məqsədimiz televiziyanın imicinə mənfi təsir etmək yox, aparıcını və onun timsalında bütün həmkarlarımızı – xüsusilə də canlı efir zamanı daha diqqətli və həssas olmağa səsləməkdir.
Təəssüf ki, bəzi KİV-lər və fərdlər bu məqamdan istifadəyə cəhd edərək televiziyanın nüfuzuna xələl gətirməyə çalışıblar.
“Oman.Az” saytı olaraq mövzunu televiziyanın imicinə mənfi təsir göstərəcək səviyyədə şişirdilməsinə təəssüflənirik. Saytımızda yayımlanan xəbərin başlığındakı “biabırçılıq” ifadəsinə görə “Xəzər” televiziyasının işgüzar nüfuzuna dəyə biləcək ziyanı önləmək üçün sözügedən informasiyanın ilkin mənbəyi kimi qurum qarşısında üzrhaqlığımızı ifadə edirik.
Eyni zamanda onu da bildirik ki, yaydığımız ilk materialda “aparıcı soyqırım günündə bayram etməyə səslədi” fikri yer almayıb. Və bir müddət sonra aparıcıların anlaşmazlığa düzəliş etdiyini tamaşaçıların diqqətinə çatdırmış, bunu ifadə edən görüntüləri də paylaşmışdıq.
Qeyd edək ki, Xəzər Televiziyasının “Xəzər səhər” proqramının 01 fevral 2019-cu ildə canlı yayımlanan sayında aparıcı İlhamiyyə Rza ilaxır çərşənbələrin tarixlərini açıqlayarkən anlaşmazlıq yaranmışdı. Xanım aparıcı ilk açıqlmasında “Su çərşənbəsi”nin “Xocalı faciəsi” ilə eyni günə düşməsini qeyd etməmişdi. 35 dəqiqə sonra aprıcılar bu anlaşmazlığa aydınlıq gətirərək, su çərşənbəsinin “Xocalı faciəsi” ilə eyni tarixə düşdüyünü xatırlatmışdılar.
Aparıcıların məsələyə aydınlıq gətirdiyi görüntüləri bir daha təqdim edirik:

Xəbərin olsun:  Gənc yazıçı Nicat Həşimzadədən DIM rəhbərinə müraciət - Budurmu, Azərbaycan gəncliyinə göstərilən qayğı?Budurmu, Azərbaycan gəncliyinə göstərilən qayğı
Загрузка...