“Vor zakon”lar kütləvi şəkildə Rusiyadan qaçmağa hazırlaşır – SƏBƏB

flash Hadisə kriminal SON XƏBƏRLƏR
Loading...

Rusiyalı kriminal avtoritetlər kütləvi şəkildə ölkəni tərk etməyə və özlərinin kriminal “briqadalarını” kənardan idarə etməyə hazırlaşır.

Orman.Az virtualaz.org-a istinadla xəbər verir ki, bunun səbəbi Rusiyada prezident Vladimir Putin tərəfindən Dövlət Dumasına təqdim edilən və artıq birinci oxunuşdan keçən qanun layihəsidir. Qanun layihəsinə əsasən kriminal iyerarxiyanın rəhbərliyinə daxil olmaq, yəni “vor zakon” titulu daşımaq avtomatik olaraq cinayət məsuliyyəti yaradır və belələrini 15 ilə qədər həbs gözləyir.

Xəbərin olsun:  Sabah havanın hərarəti 35 dərəcəyə yüksələcək

“Rosbalt” yazır ki, artıq bu cür qanqsterlərin yarıdan çoxu öz briqadalarını Türkiyə, Azərbaycan, İtaliya və digər ölkələrin ərazilərindən idarə edirlər. Lakin Rusiyanın güc strukturları da öz tədbirlərini görürlər, “vor zakon”ların telefonlarını dinləməyə qoyurlar.

“Vor zakon” titulu daşımağa görə cinayət məsuliyyətini nəzərdə tutan qanun ilk dəfə Gürcüstanda, 2004-cü ildə baş vermiş “Qızılgül inqilabı”ından sonra tətbiq edilib. Mixail Saakaşvili ölkədə baş alıb gedən cinayətkarlığın və mütəşəkkil cinayətkar qruplaşmaların qarşısını almaq üçün həmin qanun layihəsini irəli sürüb. Bundan sonra Gürcüstanda “vor zakon”ların sayı kəskin azalıb. Onlar ölkəni tərk etməli olublar. Çünki polis əməliyyatı zamanı saxlanılan “vor zakon”lar kameralar qarşısında öz titullarını inkar etsələr kriminal aləmin qaydalarına görə daha bu adı daşıya bilməzdilər. Titulun təsdiqlənməsi isə cinayətin etirafı mənasını verirdi.

Загрузка...