Vladimir Zelenski Ukrayna prezidenti seçkilərində qalib gəlir – “Exit Poll”-un nəticələri

Manşet Siyasət SON XƏBƏRLƏR
Loading...

Vladimir Zelenski Ukrayna prezidenti seçkilərində “exit poll”un ilkin nəticələrinə görə qalib gəlir.

Orman.Az xəbər verir ki, saat 18:00-a olan vəziyyətə görə, Zelenski 73,2%, Poroşenko isə 25,3% səs toplayıb.

Qeyd edək ki, bu gün Ukrayna prezidenti seçkilərinin ikinci turu baş tutub. Seçkilərdə ölkənin hazırki prezidenti Petro Poroşenko və ilk turun lideri Vladimir Zelenski iştirak ediblər.

Petro Poroşenko məğlub olduğunu etiraf edib.

Загрузка...