Vidadi Zeynalov azadlığa buraxıldı

Hadisə SON XƏBƏRLƏR
Loading...

Keçmiş Rabitə və Yüksək Texnologiyalar Nazirliyinin aparat rəhbəri Vidadi Zeynalov azadlığa çıxıb.

Orman.Az qafqazinfo-ya istinadən xəbər verir ki, sabiq aparat rəhbəri bu gün səhər saatlarında məhkəmədən sərbəst buraxılıb, o, yaxınlarının müşayiəti ilə birbaşa evinə yollanıb.

Qeyd edək ki, V. Zeynalov 2015-ci ilin noyabr ayının 13-də həbs edib. 2017-ci il iyulun 27-də Bakı Ağır Cinayətlər Məhkəməsinin hökmü ilə barəsində 13 il müddətinə azadlıqdan məhrumetmə cəzası seçilən V.Zeynalov qulluq mövqeyindən sui-istifadə edərək nazirliyin strukturuna daxil olan ayrı-ayrı qurumların vəzifəli şəxsləri ilə qabaqcadan razılaşmaqla həmin strukturlar tərəfindən işlərin görülmədiyi özəl şirkətlər tərəfindən saxta sənədlər əsasında rəsmiləşdirməsini təmin etməklə müvafiq müəssisələrin ayrı-ayrı banklardakı hesabına köçürülmüş 73 milyon 590 min manat pul vəsaitinin nağdlaşdırılmaqla mənimsənilməsini və israf edilməsinin təşkilində təqsirləndirilirdi.

Xəbərin olsun:  39 dərəcə isti olacaq - PROQNOZ

Daha sonra V. Zeynalov apelyasiya şikayəti vermiş və məhkəmənin hökmü ilə 13 il azadlıqdan məhrum edilən keçmiş Aparat rəhbərinin cəzası 4 ilə endirilmişdi.

Загрузка...