“Vanuatu adasının sakinləri” – “Parafraz Nəşrləri”ndən növbəti kitab

Məlumat SON XƏBƏRLƏR
Loading...

Yazıçı Xəyalə Muradın “Vanuatu adasının sakinləri” kitabının təqdimat mərasimi olacaq.

Orman.Az-ın məlumatına görə, “Parafraz Nəşrləri”nin ikinci nəşri olan kitabın təqdimat mərasimi martın 3-də, “Kitabevim.az” Kitab Evinin “28 May” filialında, saat 14:00-dan 16:00-dək keçiriləcək.

312 səhifədən ibarət romanın redaktoru yazıçı, jurnalist Cavid Qədir, korrektoru jurnalist Nuranə Abbasovadır.

Xəbərin olsun:  Gəncədə yanacaqdoldurma məntəqəsində GÜCLÜ PARTLAYIŞ

“Vanuatu adasının sakinləri” adanın “doğmalaşdırdığı” yadlar, pulun əsir etdiyi insanlardan bəhs edir.

Dostluğun düşmənliyə, güvənin güvənsizliyə, inamın inamsızlığa, yaşamın ölümə apardığı üç həftəlik “istirahət”də bir-birinə yad on dörd nəfər hava limanında ölüm müqaviləsi imzalayır. Üç həftə ərzində gözdən uzaq adada sağ qalmağı bacaran bir nəfər on milyonun sahibi olacaq.

Rəqibə çevrilmiş bu adamların taleyindən bəhs edən macəra dolu roman oxucusunu gözləyir!

Xəbərin olsun:  Deputat şəhid valideynlərə səsləndi: “Mən də sizin övladınızam”

Kitabın qiyməti 8 manatdır.

Загрузка...