ÜST rəsmisindən XƏBƏRDARLIQ: “Xoşumuza gəlməyən…”

Sosial
Loading...

“Biz koronavirusu dayandırmağı bacarana qədər o, həyatımızda olacaq. Bunu başa düşməliyik”.

Oxu.Az-ın məlumatına görə, bunu Ümumdünya Səhiyyə Təşkilatının (ÜST) Azərbaycan nümayəndəliyinin rəhbəri Hande Harmancı deyib.

Onun sözlərinə görə, koronavirusla mübarizə üçün qarşımızda uzun bir yol var:

“Xoşumuza gəlməyən, öyrəşmədiyimiz, bizim üçün çətin olacaq işləri etmək məcburiyyətində olacağımız aylar var. Bunun başqa, qısa yolu yoxdur. Hər kəs fiziki məsafəni qorusun, əllərini yusun və maska taxsın”.

Xəbərin olsun:  Məmmədyarov və Lavrov telefonla danışdı

“Tibb işçiləri, test edin, özünüzü təcrid edin, təmasda olduğunuz insanları müəyyən edin və onları karantinə alın. Yalnız bu şəkildə özümüzü və yaxınlarımızı qoruya bilərik”, – deyə ÜST rəsmisi qeyd edib.

Загрузка...