Ukraynalı model Türkiyədə döyüldü

şou-biznes
Loading...

Ukraynalı məşhur model Darya Kuruliyuk ötən gün İzmirin Çeşmə bölgəsində yerləşən nüfuzlu çimərliklərin birində vəhşicəsinə döyülüb.

Orman.az Musavat.com-a istinadla xəbər verir ki, bu barədə modelin özü İnstaqram səhifəsində məlumat paylaşıb. Model ingilis, türk və rus dilində qeyd edib:

“Səssiz qalmaq istəmirəm. Mənim, sevgilimin və 3 yaxın rədiqəmin başına nə gəldiyini anlatmaq istəyirəm. Türkiyənin Çeşmə bölgəsindəki “Momo” çimərliyinin mühafizəçiləri bizə hücum etdilər. Mən də daxil olmaqla, 4 qızın üzünə çox saylı yumruqla vurdular, uşaqlar çox pis halda yaralandı. Hadisə ilə bağlı polisə şikayət etdik. Olanlara göz yummamalıyıq”.

Xəbərin olsun:  Bakıdakı milyonluq villa məşhurları qarşı-qarşıya gətirdi

Hadisə ilə bağlı polis artıq araşdırmalara başlayıb. Olayın hansı səbəbdən baş verdiyi isə hələlik məlum deyil.

Türkiyə mətbuatının yazdığına görə, adı çəkilən “Momo” çimərliyində bu cür hadisələr tez-tez baş verir. Ötən il çimərliyin ofisiantları günəşlənən gənc qadının üzərinə buz tökmüşdülər. Hadisəyə səssiz qalmayan digər kişi müştəri isə çimərliyin 10 əməkdaşı tərəfindən vəhşicəsinə döyülmüşdü.

Xəbərin olsun:  Bakıdakı milyonluq villa məşhurları qarşı-qarşıya gətirdi

Ukraynalı məşhur model Darya Kuruliyukun başına gələn hadisə sosial şəbəkələrdə qəzəblə qarşılanıb. Bir çox türkiyəli tanınmış ona dəstək verərək, baş verən hadisədən şoka düşdüklərini bildirib.

Загрузка...