Türkiyəli generallar AZƏRBAYCANDA

Dünya
Loading...

Türkiyənin Milli Müdafiə naziri Hulusi Akar Baş Qərargah rəisi General Yaşar Gülər və Türkiyə Silahlı Qüvvələrinin komandanları ilə birlikdə Azərbaycana gəlib.

Unikal.org Türkiyə mediasına istinadən xəbər verir ki, səfərdə Hulusi Akarı Baş qərargah rəisi, general Yaşar Gülər, Quru Qoşunları komandiri, general Ümit Dündar müşayət edir.

Xəbərin olsun:  Hayko Lanqner: “Dağlıq Qarabağa Livan ermənilərinin yerləşdirilməsi beynəlxalq hüququn pozulmasıdır”

Bundan başqa nümayəndə heyətinin tərkibində Türkiyənin Hərbi Dəniz Qüvvələri komandiri, Admiral Adnan Özbal və Hava Qüvvələri Komandiri General Hasan Küçükakyüz də var.

Türkiyənin Milli Müdafiə nazirinin rəhbərlik etdiyi heyətini Azərbaycan Prezidenti İlham Əliyevin də qəbul edəcəyi nəzərdə tutulur.

Bundan başqa türkiyəli generallar Azərbaycanın Müdafiə naziri və digər rəsmilərlə görüşəcək.

Загрузка...