Türkiyədə koronavirusdan daha 28 nəfər öldü, 1141 yeni yoluxma

Dünya
Loading...

Türkiyədə yeni növ koronavirusdan (COVID-19) ölənlərin sayı artıb.

Bu barədə ölkənin səhiyyə naziri Fahrettin Koca açıqlama verib.

O bildirib ki, bu gün daha 28 nəfər ölüb.

Sosial şəbəkə hesabından məlumat paylaşan nazir qeyd edib ki, son 24 saatda 36155 şübhəli koronavirus testindən keçib, onlardan 1141-nin cavabı pozitiv çıxıb.

Xəbərin olsun:  Trampın qohumu onun haqqında həqiqətləri açıqladı: “Ev tapşırıqlarını bacısı həll edirdi”

Türkiyədə yeni növ koronavirusdan indiyədək 4489 nəfər ölüb, 162120 nəfər bu infeksiyaya yoluxub, 125963 nəfəri isə müalicə olunub.

Bu gün 1594 xəstə evə buraxılıb.

Загрузка...