Türkiyə parlamentinin sədri Sahibə Qafarovaya zəng etdi

flash
Loading...

Türkiyə Böyük Millət Məclisinin Sədri Mustafa Şəntop Azərbaycan Milli Məclisinin Sədri Sahibə Qafarovaya telefonla zəng edib. 

Orman.az-ın xəbərinə görə, bu barədə Azərbaycan Parlamentinin spikeri Sahibə Qafarova öz “Twitter” səhfəsində məlumat verib. Türkiyə Böyük Millət Məclisinin sədri Mustafa Şəntop həm öz adından, həm də Türkiyə Böyük Millət Məclisinin üzvləri adından Milli Məclisin Sədri Sahibə Qafarovanı və onun simasında millət vəkillərini və bütün Azərbaycan xalqını 28 may – Respublika günü münasibəti ilə təbrik edib.

Xəbərin olsun:  Azərbaycanda külli miqdarda rüşvət alan orkestr rəhbəri: “Öz mənafeyim üçün xərcləmişəm” - VİDEO

Milli Məclisin sədri Sahibə Qafarova təbrikə görə minnətdarlığını bildirib və bu bayramın bir millət, iki dövlət olan Azərbaycan və Türkiyənin ortaq bayramı olduğunu qeyd edərək türkiyəli həmkarına da öz təbriklərini çatdırıb.

Загрузка...