Türkiyə də “Boeing”dən imtina etdi – 12 təyyarənin uçuşları dayandı

Siyasət SON XƏBƏRLƏR
Loading...

“Türk Hava Yolları” aviaşirkətinə daxil olan 12 ədəd “Boeing 737 MAX” tipli sərnişin təyyarələri ilə həyata keçirilən uçuşlar dayandırılıb.

Bununla bağlı qərar qəbul olunub. Sözügedən qərar bu gündən etibarən tətbiq olunacaq.

Qeyd edək ki, THY-nın təyyarə parkında ümumilikdə 12 ədəd “Boeing 737 MAX” tipli hava gəmisi var.

Xatırladaq ki, martın 10-da Efiopiyada “Boeing 737 Max 8” sərnişin təyyarəsi qəzaya uğrayıb. Qəza nəticəsində 157 nəfər həlak olub. Bu hadisədən sonra bir sıra ölkələr “Boeing” təyyarələri ilə uçuşları dayandırıblar. (azvision.az)

Загрузка...