Turistlər qadınlarımızda bunları bəyənmir – SORĞU

Manşet Məlumat SON XƏBƏRLƏR
Loading...

Azərbaycana gələn turistlər arasında ölkəmizlə bağlı müxtəlif mövzularda sorğular keçirilir.

“Eksit Pol” könüllü gənclər qrupunun Orman.Az-a verdiyi məlumata görə, Azərbaycana gələn turistlər arasında keçirilən “Azərbaycan qadını obrazında nəyi bəyənmədiniz” sualına verdiyi cavabları təqdim edirik. Qeyd edək ki, sorğuda iştirak edən turistlərin təxminən 80 faizi qadınlarımızda bəyənilməyən nüansla rastlaşmadıqlarını qeyd ediblər. Yerdə qalan 20% turistin dilə gətirdiyi arqumentlər isə aşağıdakılardır:

1 – Qaraqabaq olmaqları.
2 – Uyğun olmayan məclislərə də, demək olar ki, hər yerə dikdaban geyinməkləri.
3 – Telefonlarını arxa ciblərinə qoymaqları.
4 – Rəngsiz və tünd rəngli geyimlərgeyinməkləri (tünd göy, boz, qara)
5 – Ətirdən ifrat istifadə etməkləri
6 – Turistlərin suallarına sərt cavab verməkləri.

Загрузка...