Tramp ona rəqib olacaq namizəd haqqında: “Pəltək və səriştəsizdir”

Manşet
Loading...

ABŞ Prezidenti Donald Tramp Nyu-York şəhərinin keçmiş meri və Demokrat Partiyasından prezidentliyə namizəd Maykl Blumberqin çıxışı haqqında fikirlərini açıqlayıb.
Bu barədə ABŞ prezidenti “Twitter” hesabında yazıb.

“Maykl Blumberqin bugünkü nitqi müzakirələr tarixinin ən pis çıxışı oldu. O kəkələyir, yersiz danışır və hədsiz dərəcədə səriştəsizdir”, – deyə D.Tramp qeyd edib. 
ABŞ prezidenti həmçinin əlavə edib ki, M.Blumberqin debatda son çıxışı onun seçki yarışını xeyli dərəcədə sarsıdacaq.

Xəbərin olsun:  Azərbaycanda ƏDV müvəqqəti ləğv edilir

Загрузка...