Toylar niyə sentyabr ayına qədər təxirə düşüb? – AYDINLIQ GƏTİRİLDİ

Sosial
Loading...

Bəzi xəbər portallarında Operativ Qərargahın keçirdiyi brifinqdə çıxış edən TƏBİB İdarə heyətinin rəhbəri Ramin Bayramlının toyların sentyabrda keçiriləcəyi ilə bağlı fikirlər səsləndirdiyi ilə bağlı xəbərlər yayılıb.

Bununla bağlı Sonxeber.az-a danışan TƏBİB-in mətbuat katibi Rəvanə Əliyeva yayılan xəbərin həqiqətə uyğun olmadığını bildirib:

“Ramin müəllim dünən keçirilən brifinqdə toyların keçirilməsinə sentyabrda icazə veriləcəyi ilə bağlı fikirlər səsləndirməyib. İstəyən dünən keçirilən brifinqi açıb yenidən izləyə bilər. Saytlarda gedən məlumat brifinqdə səsləndirilməyib”.

Xəbərin olsun:  Dolların sabaha olan MƏZƏNNƏSİ

Загрузка...