Tofiq Musayev çıxılmaz vəziyyətdə qalıb: “Yaponiyaya necə gedəcəyəm?”

İdman Manşet
Loading...

“Bu gün “Rizin 22” turniri ilə bağlı iclas keçiriləcək. O iclasdan sonra bizə məlumat veriləcək ki, yarış baş tutacaq, yoxsa təxirə salınacaq”.

Bunu Oxu.Az-a “Rizin” Qran-Pri kəmərinin sahibi olan MMA döyüşçümüz Tofiq Musayev deyib.

Aprelin 19-da Yaponiyanın Yokohama şəhərində “Rizin 22” turniri keçirilməlidir. Ötən il bu yarışın Qran-Prisinin qalibi olmuş Tofiq Musayev 2020-ci ildə ilk döyüşünə məhz həmin turnirdə çıxmalıdır. Onun rəqibi braziliyalı, “Killer” ləqəbli Luiz Qustavodur, lakin döyüş baş tutmaya bilər.

Xəbərin olsun:  Ağcabədi şəhərinin içməli su təchizatı və kanalizasiya sistemləri istismara verilib

Buna səbəb aprelin 20-dək Azərbaycanda xüsusi karantin rejiminin tətbiq olunması və beynəlxalq çıxışların bağlanmasıdır.

“Rizin” təşkilatı ilə üç döyüşlük müqavilə bağlamışam. Bu döyüşdə qalib gəlsəm, qızılı rəngdə “Rizin” kəməri üçün mübarizə aparacağam. İstəyirəm ki, “Rizin”i iki kəmərlə tərk edim. Amma görək hələ bu döyüş keçirilə biləcəkmi? Çünki keçirməyə qərar versələr belə, biz Yaponiyaya necə gedəcəyik? Xaricə çıxış məhdudlaşdırılıb.

Xəbərin olsun:  Göyçayda DƏHŞƏT: - rayon sakini özünü körpüdən çaya atıb

Bildiyimə görə, yalnız London vasitəsilə Yaponiyaya getmək mümkündür. O da uzun səfər olur. “Rizin” təşkilatı isə bizim səfər xərclərimizi qarşılamalıdır”, – deyə Tofiq Musayev bildirib.

Загрузка...