BNA eskpress avtobusların fəaliyyəti ilə bağlı açıqlama verib- Sərnişinlərin Nəzərinə!

Ekspress avtobuslar fəaliyyətini davam etdirəcək. Bakı Nəqliyyat Agentliyindən  verilən məlumatda bildirilir ki, çoxsaylı vətəndaş müraciətləri nəzərə alınaraq  M1, M2, M3, M4, M5, M6 və M7 ekspres marşrut xətləri üzrə sərnişindaşımaları davam etdiriləcək. Qeyd edilən ekspres xətlərin iş qrafikində də hər hansı bir dəyişiklik edilməyib: “Sərnişinləri dayanacaqlarda və nəqliyyat mübadilə mərkəzlərinin ərazisində, eləcə də avtobuslarda qoruyucu maskalardan istifadə etməyə və sosial məsafəni […]

Ardını oxu

Polisdən “plyonka” xəbərdarlığı – 3 gün sonra…

Azərbaycanda günəşli havaların gəlməsi ilə avtomobillərin şüşələrində istifadə olunan pərdə və plyonkaların istifadəsi yenidən gündəmə gəlib. “Qafqazinfo”nun verdiyi xəbərə görə, ötən il Dövlət Yol Polisi İdarəsinin rəisi, polis general-mayoru Ramiz Zeynalovun adından yayılan telefonoqramda qeyd edilmişdi ki, hər il mayın 1-dən noyabrın 15-dək respublikanın iqlim şəraiti nəzərə alınaraq nəqliyyat vasitələrinin arxa və yan şüşələrində sənaye üsulu ilə hazırlanan avtomobillərdə jalüzlərindən […]

Ardını oxu

ŞAD XƏBƏR – Azərbaycanda yeni avtomobil istehsalı zavodunun təməli qoyuldu

Bu gün Hacıqabul Sənaye Məhəlləsində Azərbaycanın “Azərmaş” şirkətinin Rusiyanın “Qorki Avtomobil Zavodu” (QAZ Qrup) şirkəti ilə birgə həyata keçirdiyi layihə üzrə kommersiya və xüsusi təyinatlı avtomobillərin istehsalı zavodunun təməlqoyma mərasimi keçirilib. Orman.Az xəbər verir ki, Azərbaycanın iqtisadiyyat naziri Şahin Mustafayev və Rusiyanın iqtisadi inkişaf naziri Maksim Oreşkin tədbirdə iştirak ediblər. İqtisadiyyat nazirinin müavini Niyazi Səfərov bildirib ki, zavodun dəyəri 14 […]

Ardını oxu

Hansı ikinci əl maşınları almaq məsləhət deyil? – SİYAHI

Dünyaca məşhur avtomobil ekspertləri siyahı tərtib ediblər. Siyahıya 5 avtomobil modeli qeyd olunub. Ekspertlər “qara bazar”da ucuz olmasına baxmayaraq siyahıdakı avtomobilləri almağı məsləhət görməyiblər. Mütəxəssislər qeyd edir ki, həmin avtomobillərin xərci daha çox çıxır. TOP 5-lik belədir: Mercedes-Benz S-Class W220 Range Rover II Mercedes a class w168 Audi A8 D3 Volkswagen Phaeton (Fins.az)

Ardını oxu

Azərbaycanın sürücülük vəsiqələri xaricdə tanınacaq – YENİ DƏYİŞİKLİK

 Azərbaycanın sürücülük vəsiqələrinin xaricdə tanınmasına mane olan amil aradan qaldırılır. Orman.Az xəbər verir ki, bununla bağlı qanunvericiliyə dəyişiklik edilir. Belə ki, sürücülük vəsiqəsindəki məlumatlar ingilis dilində təkrarlanacaq. Hazırda qüvvədə olan sürücülük vəsiqələrində latın əlifbasında olmayan hərflərin – “ə”, “ğ”, “ö”, “ü” işlənməsi vəsiqələrin xaricdə tanınmasına mane olur. Layihə Milli Məclisin yaz sessiyasının fevralın 1-də keçiriləcək ilk plenar iclasında müzakirəyə çıxarılacaq.

Ardını oxu

Azərbaycana gətirilməsi mümkün olan 10 sərfəli elektrik avtomobili – FOTOLAR – XARAKTERİSTİKA

Elektrik avtomobillərinin gətirilməsi indi daha da sərfəli oldu. Artıq avtomobili gətirərəkən onun qiymətinin 15% faizini ödəmək lazımdır. Gözlənilir ki, yaxın vaxtlarda bu rüsm da ləğv edilsin. Orman.Az indidən sizə ən sərfəli 10 elektrik avtomobilini təqdim edir. 10. Nissan e-NV200 Combi Modifikasiya Combi Mühərrik sayı 1 At gücü 110 Fırlanma anı, Nм 254 Batareya həcmi , кVt*s 24 Yürüş məsafəsi, km […]

Ardını oxu

Bu da “Lamborghini”nin yeni modeli – FOTO – GÖSTƏRİCİLƏR

“Lamborghini” şirkəti “Huracan” idman avtomobilinin yeni modelini təqdim edib. Orman.Az ölkə.az-a istinadən bildirir ki, “Huracan Evo” modelinin ön bamperi və arxa diffuzoru yenilənib, səsboğuculara “əl gəzdirilib”. Bundan başqa yeni model 20 düymlük disk və “Pirelli P Zero” şinləri ilə təchiz edilib. Aerodinamik göstəricilər isə “Huracan” modeli ilə müqayisədə beş dəfə daha effektivdir. “Huracan Evo”nun mühərriki “Performante”dəndir. V obrazlı, 10 silindirli, 5.2 […]

Ardını oxu