“Tarixi şəxsiyyətlər”də Putin ilin adamı seçildi

Mədəniyyət SON XƏBƏRLƏR
Loading...

Öz ənənəsinə sadiqliyini nümayiş etdirən “TARİXİ ŞƏXSİYYƏTLƏR” jurnalı özünün növbəti sayını Rusiya Federasiyasına, onun Prezidenti V . V . Putinə, ümumilikdə isə Azərbaycan-Rusiya münasibətlərinə həsr etmişdir.

Nəfis tərtibatda “Azərbaycan” dövlət nəşriyyatında hazırlanmış bu jurnal öz səhifələrində Rusiyanın tarixinə, onun dövlət quruluşuna, xarici siyasətinə, iqtisadiyyatına, mədəniyyətinə təhsilinə geniş yer ayırmışdır. Mətbuatda elan olunduğu kimi R usiya Federasiyasının prezidenti V.V.Putin redaksiya heyətinin apardığı sorğuya əsasən “2017 -ci ilin adamı” nominasiyası üzrə ilin adamı mükafatına layiq görülmüşdür. Bu münasibətlə jurnalda onun tərcümeyi- halı, prezidentliyə gedən həyat yolu əsaslı şəkildə oxucuların diqqətinə çatdırılmışdır. Azərbaycan-Rusiya münasibətlərinin müsbət dinamikası haqqında olan müəllif yazıları bu münasibətlərin bu günki durumu barədə ürək açan mənzərə yaradır və mehriban qonşuluq siyasətinin hər iki dövlət üçün təsdiq olunmuş faydalarını nümayiş etdirir. Beynəlxalq aləmdə kifayət qədər tanınan baş redaktor Xəlil Qarəhmədovun rəhbərliyi ilə ərsəyə gələn bu jurnal dünyanın hər yerində geniş oxucu aiditoriyasına malikdir. Respublikamızı xaricdə tanıtmaq missiyasını şərəflə yerinə yetirən jurnalin yaradıcı heyəti bu dəfə də yüksək səviyyədə işinin öhdəsindən gəlmiş, növbəti uğura imza atmışlar.

Загрузка...