Tanınmış həkim, şairin yeni kitabı işıq üzü gördü

ədəbiyyat
Loading...

Tanınmış həkim-şair Əfrahim Hüseynlinin tərtib etdiyi (həkim-yazarlarların yaradıcılıq toplusu – 2) “HƏKİMLƏRİN SÖZ DÜNYASI” kitabı işıq üzü görüb.

Kitabda 56 həkim-yazarın həyatını ətraflı əks etdirən yazılarla yanaşı yaradıcılıqlarından bəhs olunub. Kitab tərtibçinin “Bitməyən söz xəzinəsi”, ilk təşəbbüskar Afaq Şıxlının “Eskulapın və Yebterpanın izi ilə”, filologiya üzrə fəlsəfə doktoru Bilal Alarlının “Ağrıların dərmanı söz” yazıları ilə başlayır.

Kitabdakı şeir və hekayələri oxuduqca tərtibçi olan Əfrahim Hüseynlinin sözü ilə desək, “bitməyən söz xəzinəsi”nin şahidi olmaq mümkündür. Kitabda klassik yazarlarla yanaşı çağdaş ədəbiyyatımızın tanınmış simaları da yer alıb.

“HƏKİMLƏRİN SÖZ DÜNYASI”nda həyatı və yaradıcılığı haqqında bəhs olunan həkim-yazarlar aşağıdakılardır:

  1. Mirzə Əlixan Ləli (1845–1907)
  2. Əlibəy Hüseynzadə (1864–1940)
  3. Nəriman Nərimanov (1870–1925 )
  4. Abbas Səhhət (1874– 1918)
  5. Qantəmir (1888– 1944)
  6. Tağı Şahbazı Simurğ (1892– 1937)
  7. Məhəmmədhüseyn Şəhriyar (1906–1988)
  8. Mir Kazım Aslanlı Sarəng (1912–1975)
  9. Həkim Qəni (1918–2008)
  10. Əliheydər Qənbər (1918 – 1991)
  11. Xanımana Əlibəyli (1920– 2007)
  12. Nadir Həkim (1935–1980)
  13. Ramiz Duyğun (1938)
  14. Yusif Əfmədov (1939–2012)
  15. Tamilla Şəfəq (1940)
  16. Ramiz Mövsüm (1940)
  17. Zakir Ağdamlı (1946)
  18. Rafiq Tağı (1950–2011)
  19. Fəxrəddin Davud (1950–2018)
  20. Paşa Qəlbinur (1952)
  21. İntiqam Bağırov (1952)
  22. Tofiq Nurəli (1953)
  23. Fəxrəddin Ziya (1953)
  24. Manafağa Feyzullayev (1953)
  25. Rafiq Vəlizadə (1953)
  26. Sərdar Kərimli (1954–2003)
  27. Cabir Umud (1954– 2015)
  28. Əfrahim Hüseynli (1954)
  29. Asif Kəngərli (1954)
  30. Rəfiqə Qasımqızı (1954)
  31. Firdovsi Ələmoğlu (1954)
  32. Hümbət Quliyev (1955)
  33. Ramiz Əkbər (1956)
  34. Şahnaz Şahin (1956)
  35. Malik Xəlil Ağagüloğlu (1956)
  36. Süleyman İsmayıl (1958)
  37. Hafizə Məmmədova (1960)
  38. Musa Urud (1960)
  39. Süleyman İsmayıloğlu (1960)
  40. Məmmədyar Məmmədyarlı (1961)
  41. Zəkiyyə Elruh (1962)
  42. Şahin Musaoğlu (1963)
  43. Azadə Taleh (1964)
  44. Elman Rüstəmov (1966)
  45. Xasay Bayram (1968)
  46. Rəna Hacıyeva (1968)
  47. Xatirə Kərimova (1968)
  48. Afaq Şıxlı (1969)
  49. Nazilə Gültac (1969)
  50. Qalib Şəfahət (1973)
  51. Solmaz Qəribel (1973)
  52. Habil Vəliyev (1974)
  53. Qənirə Paşayeva (1975)
  54. Pərvanə Məmmədova (1978)
  55. Rərvin Abbaslı (1987)
  56. Dilşad Zülfüqarova (1994)

Qeyd edək ki, gənc yaşlarından yaradıcılıqla məşğul olan həkim-şair Əfrahim Hüseynli geniş oxucu kütləsinin rəğbətini qazanıb. O, həkimlik peşəsinin dərinliklərinə yiyələnən şairlərin həyat və yaradıcılıqlarını bir araya toplamaqla müasir Azərbaycan ədəbiyyatına daha bir yenilik gətirib.

Загрузка...