Sürücü yuxuladı, avtobus yük maşınına çırpıldı – Salyan köpüsündə

Hadisə SON XƏBƏRLƏR
Loading...

Bakının Qaradağ rayonunda sərnişin avtobusu qəzaya uğrayıb.

Orman.Az-ın “Report”a istinadən xəbərinə görə, hadisə rayonun Ələt qəsəbəsində baş verib. Belə ki, Bakı istiqamətində hərəkətdə olan sərnişin avtobusu eyni istiqamətdə hərəkət edən ot bağlamaları ilə dolu “Shagman” markalı yük avtomobilinə çırpılıb. Hadisə yerinə xilasedicilər və təcili yardım briqadası cəlb olunub.

Xəbərin olsun:  Milli Televiziya və Radio Şurasına yeni sədr seçilib

Bakı Nəqliyyat Agentliyindən Avtosfer.az-a bildirilib ki, Qaradağ rayonunda qəzaya uğrayan sərnişin avtobusu Bakı şəhərinin inzibati ərazisində fəaliyyət göstərən müntəzəm marşrut xətlərinə aid deyil.

Avtosfer.az-ın məlumatına görə, hadisə dünən gecə Salyan körpüsü deyilən ərazidə baş verib. Gürcüstandan gələn avtobus yol kənarında dayanmış yük avtomobilinə çırpılıb. Qəza nəticəsində xəsarət alan olmayıb.

Sürücünün sükan arxasında yuxuladığı ehtimal olunur.

Загрузка...