Sumqayıtda avtobus qəzasında yaralananlardan xəbər var

Hadisə SON XƏBƏRLƏR
Loading...

Sumqayıtda baş vermiş avtobus qəzasında xəsarət alanlardan 9 nəfəri hələ də xəstəxanadadır.

Orman.Az xəbər verir ki, bu barədə Azvision.az -a Sumqayıt Şəhər Təcili Yardım Xəstəxanasının baş həkimi Rauf Sadıqov məlumat verib. Baş həkim bildirib ki, xəstələrdən 3-ü bu həftə evə yazılacaq.

“Xəstəxanada qalanlar əsasən əməliyyat olunanlar və sınıqları olan şəxslərdir. Onların da əksəriyyəti qadındır. Xəstələr müalicələrini davam etdirir, vəziyyətləri stabildir”.

Xəbərin olsun:  ABŞ İranla bağlı sanksiyaları artırır

Qeyd edək ki, fevralın 21-də Sumqayıt şəhərində 30 nömrəli müntəzəm xətt üzrə işləyən sərnişin avtobusu əvvəlcə “Prado”ya, daha sonra idarəetməni itirərək binaya çırpılıb. Hadisə nəticəsində 42 sərnişin yaralanıb.

Загрузка...