“Sumqayıt” Təbriz klubunun futbolçusunu icarəyə götürdü

flash İdman
Loading...

“Sumqayıt” klubu heyətinə yeni futbolçu cəlb edib.

Orman.Az “reporta”a istinadla xəbər verir ki, “gənclik şəhəri” təmsilçisi İranın “Maşinsazi” klubunun hücumçusu Peyman Babayini iki illik icarəyə götürüb.

Türkiyənin İstanbul şəhərində baş tutan imza mərasimində “Sumqayıt”ın prezidenti Riad Rəfiyev, “Maşinsazi”nin icraçı direktoru Huşəng Nəsirzadə və futbolçunun özü iştirak edib. 25 yaşlı forvard hazırda Antalya bölgəsində təlim-məşq toplanışında olan “Sumqayıt”ın düşərgəsinə yollanacaq.

Xəbərin olsun:  Azərbaycanlı İrəvanda meydan oxudu: DTX hanı? - Video

Qeyd edək ki, Təbrizdə doğulan Peyman Babayi bu şəhərin “Traktorsazi” klubunun yetirməsidir. O, bir müddət “Fulad”ın da formasını geyinib.

Загрузка...