Süleymaninin ölümü neftin qiymətini kəskin artırdı

İqtisadiyyat Manşet
Loading...

İranlı genaral Qasım Süleymaninin öldürülməsindən sonra dünya neft bazarında qiymətlər kəskin yüksəlib.

“CNBC” nəşri yazır ki, “Brent” markalı neft 2,3% bahalaşaraq 70,18 dollar olub.

WTI (West Texas Intermediate) markalı neftin qiyməti isə 2,1% artaraq 64,38 dollar təşkil edib.
 
Ekspertlərin hesablamalarına əsasən, İran tərəfinin qisas almaq istəyində olması və bu qisasın alınma forması dünya bazarında neftin növbəti aylar üçün qiymətini təyin edəcək. 

Xəbərin olsun:  İki məntəqənin nəticələri etibarsız sayıldı - YENİLƏNİB

Xatırladaq ki, yanvarın 3-də gecə Bağdad aeroportu yaxınlığında ABŞ pilotsuz uçuş aparatından endirilən zərbə nəticəsində İran İslam İnqilabı Keşikçiləri Korpusunun xüsusi təyinatlı Qüds Qüvvələrinin komandanı general Qasım Süleymani və onun yaxın silahdaşları öldürülüb.

Загрузка...