Bu şəxslərə əlavə ödənişlər ediləcək – ŞAD XƏBƏR

Nazirlər Kabienti xüsusi karantin rejimi dövründə sosial xidmətlər göstərilməsində iştirak edən işçilərin əhatə dairəsinin və əlavənin ödənilmə müddətinin müəyyən edilməsi barədə qərar verib. Bununla bağlı baş Nazir Əli Əsədov qərar imzalayıb. Qərara əsasən, xüsusi karantin rejimi dövründə sosial xidmətlər göstərilməsində iştirak edən işçilərin əhatə dairəsi aşağıdakı kimi müəyyən edilib: – Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin yanında Dövlət Sosial Müdafiə Fondununrayon (şəhər) […]

Ardını oxu

Sabahın havası: Yağış, külək, şimşək

Azərbaycanda mayın 17-də müşahidə olunacaq hava şəraiti açıqlanıb. Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Milli Hidrometeorologiya Xidmətindən verilən məlumata görə, Bakıda və Abşeron yarımadasında hava şəraitinin dəyişkən buludlu olacağı, arabir tutulacağı, axşam bəzi yerlərdə yağış yağacağı gözlənilir. Gecə və səhər bəzi yerlərdə duman olacaq. Güclü şimal-qərb küləyi əsəcək. Havanın temperaturu gecə 14-18°, gündüz 18-20° isti olacaq. Bakıda gecə 16-18°, gündüz 18-20° […]

Ardını oxu

Toylar niyə sentyabr ayına qədər təxirə düşüb? – AYDINLIQ GƏTİRİLDİ

Bəzi xəbər portallarında Operativ Qərargahın keçirdiyi brifinqdə çıxış edən TƏBİB İdarə heyətinin rəhbəri Ramin Bayramlının toyların sentyabrda keçiriləcəyi ilə bağlı fikirlər səsləndirdiyi ilə bağlı xəbərlər yayılıb. Bununla bağlı Sonxeber.az-a danışan TƏBİB-in mətbuat katibi Rəvanə Əliyeva yayılan xəbərin həqiqətə uyğun olmadığını bildirib: “Ramin müəllim dünən keçirilən brifinqdə toyların keçirilməsinə sentyabrda icazə veriləcəyi ilə bağlı fikirlər səsləndirməyib. İstəyən dünən keçirilən brifinqi açıb yenidən […]

Ardını oxu

“Uşaq pulu” bərpa edilə bilər – ”0,8-1,6 milyardla başlamaq olar”

Karantin qaydalarının tətbiqi ilə əlaqədar iş yerlərinin bağlandığı və vətəndaşların gəlirlərindən məhrum olduğu bir vaxtda uşaqlar üçün sosial müavinətin verilməsi təkrar gündəmə gəlib. Bu günlərdə parlamentdə də bununla bağlı təkliflər səslənib. Millət vəkili, parlamentin İqtisadi siyasət, sənaye və sahibkarlıq komitəsinin sədr müavini Əli Məsimli “uşaq pulu”nun bərpasını təklif edib: “Əgər biz “uşaq pulu”nu bərpa edə bilsək, yardıma ehtiyacı olan insanların […]

Ardını oxu

Büdcədə gəlirlər proqnozu bir milyard manatdan çox üstələdi – HESABAT

2019-cu ildə Azərbaycanın dövlət büdcəsinin gəlirləri proqnozu üstələyib. Orman.Az-ın xəbərinə görə, bu barədə Azərbaycan Respublikasının 2019-cu il dövlət büdcəsinin icrası barədə hesabatda bildirilib. Belə ki, müvafiq dövr üçün dövlət büdcəsinin gəlirləri 23 milyard 168 milyon manat məbləğində proqnozlaşdırılıb.REKLAM mazda.azDaha ətraflı Lakin faktiki olaraq, 2019-cu ildə dövlət büdcəsinin gəlirləri 24 milyard 218 milyon 100 min manat təşkil edib. Bu, proqnozla müqayisədə […]

Ardını oxu

Bütün ölkədə SMS icazə ləğv edildi

Yaşayış yerini SMS icazə ilə, “icaze.e-gov.az” portalında qeydiyyatdan keçməklə, xidməti vəsiqə və ya iş yeri barədə arayış əsasında tərk etmək sistemi ləğv olunur. “Qafqazinfo”ya daxil olan məlumata görə, bu qadağanın ləğvi 18 may 2020-ci il saat 00:00-dan etibarən Bakı, Sumqayıt, Gəncə, Lənkəran şəhərləri və Abşeron rayonu üzrə tətbiq ediləcək. 

Ardını oxu

“Qaçqınkom”dan məcburi köçkünlərə verilən mənzillərlə bağlı AÇIQLAMA

“Prezident İlham Əliyev məcburi köçkünlərin problemlərinin həllini daim diqqətdə saxlayır, bu kateqoriyadan olan vətəndaşların mənzil-məişət şəraitinin yaxşılaşdırılması üçün zəruri tədbirlər görülür”. Bu barədə Oxu.Az-a Qaçqınların və Məcburi Köçkünlərin İşləri üzrə Dövlət Komitəsindən verilən açıqlamada bildirilib. Qeyd olunub ki, Komitə Prezidentin verdiyi bütün tapşırıqların ədalətli icrasına nail olmağa çalışır. “Aparılan işlər barədə ölkə rəhbərliyinə hesabat verilir, məruzə olunur”, – deyə məlumatda bildirilib. Komitənin məlumatına əsasən, […]

Ardını oxu

“Google” “Play Music” servisinin fəaliyyətini dayandırır

“Google” şirkəti “Play Music” servisinin fəaliyyətini cari ilin sonunda dayandıracaq. Köhnə xidməti “YouTube Music” əvəz edəcək Korrespondent.net şirkətin yaydığı məlumata istinadən xəbər verir ki, tərtibatçılar, istifadəçilərin telefonunda olan musiqi siyahısının “Play Music”dən birbaşa “YouTube Music”ə köçürülməsi üçün xüsusi tətbiq hazırlayıblar. Hələlik istifadəçilərin hər iki xidmətə girişi sərbəstdir. “Google” dünyanın ən böyük axtarış sistemi və reklam sahəsində ixtisaslaşmış transmilli şirkətdir.

Ardını oxu

İlham Əliyevdən mühüm SƏRƏNCAM

Prezident İlham Əliyev “Qusar rayonunda həyətyanı sahələrin və əkin sahələrinin su təminatının yaxşılaşdırılması ilə bağlı əlavə tədbirlər haqqında” sərəncam imzalayıb. Orman.az xəbər verir ki, sərəncamla Qusar rayonunun Zuxul kəndində həyətyanı sahələrin və əkin sahələrinin su təminatının yaxşılaşdırılması məqsədilə “Azərbaycan Respublikasının 2020-ci il dövlət büdcəsində dövlət əsaslı vəsait qoyuluşu (investisiya xərcləri) üçün nəzərdə tutulan vəsaitin bölgüsü”nün 1.8.21-ci yarımbəndində göstərilmiş məbləğin 652 000 (altı yüz əlli […]

Ardını oxu

DİN-dən iş adamının silahının itməsi ilə bağlı RƏSMİ AÇIQLAMA

Daxili İşlər Nazirliyi “İmişli Quşçuluq” MMC-nin rəhbəri Əlif Heydərova məxsus tüfəngin itməsi barədə məlumata münasibət bildirib. DİN Mətbuat Xidmətinin Bərdə regional qrupundan Oxu.Az-ın sorğusuna cavab olaraq bildirib ki, “İmişli Quşçuluq” MMC-nin rəhbəri Əlif Heydərov may ayının 12-də İmişli Rayon Polis Şöbəsinə ərizə ilə müraciət edərək, bir müddət əvvəl özünə məxsus “MLS 2121” markalı tüfəngin naməlum şəraitdə itməsi barədə məlumat verib.  Hazırda […]

Ardını oxu

SON DƏQİQƏ! May ayının 31-dən sonra karantin rejimi uzadılır? – Operativ Qərargahdan RƏSMİ

”May ayının 31-dən sonrakı dövrdə karantin rejiminin uzadılması ilə bağlı fikir söyləmək tez olardı.” Orman.az xəbər verir ki, bunu bu gün Nazirlər Kabineti yanında Operativ Qərargahın təşkil etdiyi mətbuat konfransında Azərbaycan Respublikası Prezidentinin köməkçisi – Azərbaycan Respublikası Prezidentinin Administrasiyasının Xarici siyasət məsələləri şöbəsinin müdiri Hikmət Hacıyev bildirib. Onun sözlərinə görə qərar verilən zaman ölkəmizdə, regionda və dünyada olan vəziyyət nəzərə alınacaq. ” Hazırda […]

Ardını oxu

Sabahın hava proqnozu açıqlandı

Milli Hidrometeorologiya Xidmətindən verilən məlumata görə, Bakıda və Abşeron yarımadasında hava şəraitinin dəyişkən buludlu olacağı, arabir tutulacağı, əsasən yağmursuz keçəcəyi gözlənilir. Gecə və səhər bəzi yerlərdə duman olacaq. Mülayim şimal-qərb küləyi gündüz arabir güclənəcək. Havanın temperaturu gecə 12-15° isti, gündüz 18-21° isti olacaq. Bakıda gecə 13-15° isti, gündüz 19-21° isti olacaq. Atmosfer təzyiqi 761 mm civə sütunundan 767 mm civə […]

Ardını oxu

İlham Əliyev tutulan icra başçılarından danışdı: “Buna son qoyulacaq!”

“Xoşagəlməz hallara qarşı ciddi mübarizə aparılmalıdır. Bu mübarizə bu gün öz nəticələrini verir. Mən bunu bir neçə dəfə demişəm ki, xoşagəlməz hallara, rüşvətxorluğa, korrupsiyaya qarşı mübarizə amansız olacaq. Bugünkü mənzərə bunu göstərir”.Oxu.Az xəbər verir ki, bunu Prezident İlham Əliyev Azər Qocayevi Kəlbəcər Rayon İcra Hakimiyyətinin başçısı vəzifəsinə təyin olunması ilə əlaqədar videoformatda qəbul edən zaman deyib. Dövlət başçısı bildirib ki, artıq beş […]

Ardını oxu

Azərbaycanda daha iki nəfər koronavirusdan öldü: 65 yeni yoluxma faktı – RƏSMİ

Azərbaycanda 65 yeni koronavirus infeksiyasına yoluxma faktı qeydə alınıb, 54 nəfər müalicə olunaraq sağalıb və evə buraxılıb.Bununla bağlı Nazirlər Kabineti yanında operativ qərargah məlumat yayıb. Bildirilib ki, COVID-19 üçün götürülən analiz nümunələri müsbət çıxan 1949 və 1961-ci il təvəllüdlü iki nəfər vəfat edib.Hazırkı dövrədək ölkəmizdə 2758 nəfərin koronavirus infeksiyasına yoluxması faktı müəyyən edilib, onlardan 1789 nəfər müalicə olunaraq sağalıb, 35 nəfər […]

Ardını oxu

DİN-dən metro sərnişinlərinə ikinci XƏBƏRDARLIQ

DİN-in Mətbuat Xidmətindən Orman.az verilən məlumatda deyilir: “Bildiyiniz kimi, Nazirlər Kabineti yanında Operativ Qərargahın qərarına əsasən mayın 9-undan etibarən sərnişindaşıma fəaliyyəti bərpa olunan Bakı Metropolitenində polis əməkdaşları gücləndirilmiş iş rejimində xidmət aparırlar. Yeni növ koronavirus infeksiyası (COVID-19) ilə əlaqədar Bakı Metropolitenində Polis Şöbəsinin şəxsi heyəti, həmçinin əlavə olaraq stansiyaların giriş-çıxışlarında xidmətə cəlb edilən polis və Daxili Qoşunların hərbi qulluqçuları metroya […]

Ardını oxu

Ünvanlı sosial yardım almaq istəyənlərə YENİ XƏBƏR VAR

“Milli Məclisin Əmək və Sosial Siyasət Komitəsinin mayın 12-də keçirilən iclasında “Ünvanlı Dövlət Sosial Yardımı” Haqqında Qanuna ediləcək dəyişikliklər müzakirə olundu. Təklif edilən dəyişikliklərə əsasən, ünvanlı sosial yardım almaq hüququ olan ailələrin kateqoriyası genişlənir”. Bu sözləri millət vəkili Vüqar Bayramov “Ünvanlı Dövlət Sosial Yardımı” Haqqında Qanuna edilən dəyişikliklər haqqında danışarkən deyib. O bildirib ki, yeni dəyişkliklərə görə, ailənin əmək qabiliyyətli […]

Ardını oxu

Azərbaycanda bu məşhur verliş bağlandı — AÇIQLAMA

Xəzər Televiziyasında Kamal Dənizin “Çöl adamı” verilişinin yayımı dayandırılıb. Redaktor.az xəbər verir ki, yenicag.az-a açıqlama verən Kamal Dəniz xəbəri təsdiq edib: “Bəli, aprelin 15-dən verilişin yayımı dayandırılıb. Amma çəkilişlərimiz davam edir. Hazırda Şəmkir rayonunda çəkilişdəyik. Bu veriliş müəllif layihəmdir. Azərbaycan tarixi, milli mətbəxi, mədəniyyəti, təbiətini əks etdirən və təbliğ edən verilişdir. Kifayət qədər tamaşaçı kütləsi var. Tamaşaçılar yaxın vaxtlarda Xəzər Televiziyasında […]

Ardını oxu

Həftənin ilk iş gününə olan hava proqnozu açıqlandı

Mayın 12-nə gözlənilən hava proqnozu açıqlanıb. Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Milli Hidrometeorologiya Xidmətindən verilən məlumata görə, sabah Bakıda və Abşeron yarımadasında hava dəyişkən buludlu, əsasən yağmursuz keçəcək. Gecə və səhər saatlarında duman olacaq. Mülayim cənub-qərb küləyi gündüz arabir güclənəcək. Havanın temperaturu Abşeron yarımadasında gecə 9-11, gündüz 18-21, Bakıda gecə 9-11, gündüz 18-20 dərəcə isti olacaq. Atmosfer təzyiqi 765 mm […]

Ardını oxu

Ünvanlı sosial yardım almaq istəyənlərin NƏZƏRİNƏ – Qanun dəyişdirilir

Azərbaycanda ünvanlı sosial yardım almaq üçün müraciət etmək prosedurları asanlaşacaq. Bununla bağlı “Ünvanlı dövlət sosial yardımı” haqqında qanuna dəyişiklik təklif edilir. Layihəyə əsasən, bundan sonra ünvanlı sosial yardım almaq istəyən vətəndaş barədə heç də bütün məlumatlarla bağlı dəyişikliklərin təqdim edilməsinə zərurət yoxdur. Yəni, elektron sistemdə olan məlumatlarda dəyişiklik olursa, vətəndaş tərəfindən onun yenidən təqdim olunmasına ehtiyac qalmayacaq. Milli Məclisin Əmək […]

Ardını oxu

Məşhur telekanalımızda bütün işçilər qovuldu – SON DƏQİQƏ

Lider TV bütün əməkdaşlarını işdən kənarlaşdırıb. Xeberekspress.az Metbuat.az a isdinadən xəbər verir ki, bu barədə telekanal əməkdaşları redaksiyaya məlumat veriblər. Onların bildirdiyinə görə, kanal rəhbərliyi onlara öz hesablarına üç aylıq məzuniyyətə çıxmaları barədə ərizə yazmalarını tapşırıb. Telekanal əməkdaşları da bu tapşırığa sözsüz əməl etmək məcburiyyətində qalıblar. İşçilərdən ancaq texniki heyətin kiçik bir qismi saxlanılıb. Bütün layihələr dayandırılıb, efir isə köhnə veriliş və filmlərlə […]

Ardını oxu

Azərbaycanda leysan yağış yağır – FAKTİKİ HAVA

Milli Hidrometeorologiya Xidmətinin məlumatına əsasən mayın 10-u gündüzədək ölkə ərazisində hava qeyri-sabit keçib, bəzi yerlərdə şimşək çaxıb, yağış yağıb, ayrı-ayrı yerlərdə leysan xarakterli olub. Düşən yağıntının miqdarı Balakəndə 32, Zaqatalada 22, Ağstafada 21 (aylıq normanın 39 faizi), Oğuzda 20, Sarıbaşda (Qax) 17, Tovuzda 16 (aylıq normanın 30 faizi), Mingəçevirdə 14 (aylıq normanın 31 faizi), Şəkidə 13, Göygöldə 12, Qubada 11, […]

Ardını oxu

Sabah güclü yağış yağacaq, dolu düşəcək…

Sabaha gözlənilən hava şəraiti açıqlanıb. Milli Hidrometeorologiya Xidmətindən verilən məlumata əsasən, mayın 10-da Bakıda və Abşeron yarımadasında arabir yağış yağacağı, bəzi yerlərdə intensiv olacağı, şimşək çaxacağı gözlənilir. Arabir güclənən şimal-qərb küləyi əsəcək. Havanın temperaturu Bakıda və Abşeron yarımadasında gecə 10-12, gündüz 14-16 dərəcə isti olacaq. Atmosfer təzyiqi 759 mm civə sütunundan 762 mm civə sütununa yüksələcək, nisbi rütubət 80-90 faiz təşkil […]

Ardını oxu

BNA ekspres avtobuslarla bağlı məlumat yaydı

Bütün ekspres xətlər üzrə avtobusların iş qrafiki saat 07:00-dan 20:00-dək olmaqla müəyyən edilib. Bu barədə  Bakı Nəqliyyat Agentliyindən bildirilib. “Xahiş edirik dayanacaqlarda və nəqliyyat mübadilə mərkəzlərinin ərazisində, eləcə də avtobuslarda qoruyucu maskalardan istifadə edəsiniz və sosial məsafənizi gözləyəsiniz”.

Ardını oxu