DİN-dən düşmən təxribatı ilə bağlı əhaliyə XƏBƏRDARLIQ

Daxili İşlər Nazirliyi əhaliyə çağırış edib. DİN-nin Mətbuat Xidmətindən bildirilib ki, Ermənistan terror siyasəti yürüdən dövlət olaraq ayrı-ayrı vaxtlarda ölkəmizin ərazisində 30-dan çox terror aktı təşkil edib: “Odur ki, gördüyünüz, rastlaşdığınız şübhəli əşyalara toxunmayın, bu barədə dərhal “102” Xidmətini və ya yaxınlıqda xidmət aparan polis əməkdaşlarını məlumatlandırın. Düşmənin məkrli olduğunu unutmayaq. Vahid məqsəd uğrunda günbəgün sıxlaşan cərgələrimizlə Qələbə gününü daha da […]

Ardını oxu

Bakıda gücləndirilmiş dezinfeksiya işləri aparılacaq – XƏBƏRDARLIQ

Paytaxtın kommunal strukturlarından əldə edilən məlumata görə son günlərdə COVID-19-a yoluxanlarının sayının artması nəzərə alınaraq oktyabr ayının 24-də və 25-də kommunal xidmətlərin xüsusi texnikası və əməkdaşları tərəfindən Bakı şəhəri üzrə əsas küçə, prospekt və yollarda xüsusi kimyəvi maddələrlə növbəti dəfə əlavə gücləndirilmiş dezinfeksiya işləri aparılacaq. Bakı şəhər İcra Hakimiyyətindən bildirilib ki, bununla əlaqədar maddələrin qəbul olunmuş müəyyən toksikliyini nəzərə alaraq […]

Ardını oxu

ADAU rektoru erməni terroru barədə həmkarlarını məlumatlandırır

Azərbaycan Dövlət Aqrar Universitetini rektoru, AMEA-nın müxbir üzvü, professor İbrahim Cəfərov erməni terroru, Ermənistan tərəfindən dinc insanların məqsədli şəkildə öldürülməsi, ölkəmizin ikinci böyük şəhəri olan və cəbhə xəttindən çox uzaqda yerləşən Gəncə şəhərinə dəhşətli raket atəşləri nəticəsində ciddi sayda mülki insanların həlak olması və obyektlərin dağıdılması, habelə ADAU-nun Aqrotexnologiya fakültəsinin tədris binasının zərər dəyməsi barədə universitetlə əməkdaşlıq əlaqələri olan Türkiyə, […]

Ardını oxu

Düşmənin çox sayda hərbi texnikası məhv edildi – SİYAHI

Oktyabrın 13-dən 14-ə keçən gecə cəbhənin Ağdərə-Ağdam və Füzuli-Hadrut-Cəbrayıl istiqamətlərində vəziyyət gərgin olaraq qalıb. Bu barədə Müdafiə Nazirliyinin yaydığı məlumatda qeyd edilib. Azərbaycan Ordusu tərəfindən həyata keçirilən fəaliyyətlər nəticəsində cəbhənin müxtəlif istiqamətlərində düşmənin beş ədəd T-72 tankı, üç ədəd BM-21 “Qrad” YARS, bir ədəd “Osa-AKM” ZRK, bir ədəd PDM-2, bir ədəd KS-19 zenit topu, iki ədəd D-30 haubitsa topu, bir neçə avtomobil texnikası məhv […]

Ardını oxu

Xankəndidə yarımstansiya vuruldu: Şəhər elektriksiz qaldı

Qondarma Dağlıq Qarabağ Respublikasının “paytaxtı” Xankəndi şəhərində bu gün səhər yenidən həyəcan siqnalı verilib.  Orman.az Rusiya KİV-inə istinadən xəbər verir ki, şəhərdə hələlik partlayış səsləri eşidilmir. Lakin səhər saatlarında Azərbaycan Ordusu separatçı rejimin inzibati mərkəzinə artilleriya zərbələri endirib. Zərbələrin elektrik yarımstansiyasına düşdüyü bildirilir. Nəticədə şəhərin enerji təminatı demək olar sıradan çıxıb.

Ardını oxu

Pensiyasını orduya dəstək üçün verən ahıl kişi: Azərbaycanı duyğulandıran görüntü – VİDEO

Ötən gün Azərbaycan ordusuna dəstək vermək üçün öz təqaüdündən Silahlı Qüvvələrə Yardım Fonduna 180 manat köçürən yaşlı kişinin fotosu hər kəsi həm qürurlandırıb, həm də duyğulandırıb. Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Sosial Xidmətlər Agentliyinin İctimaiyyətlə əlaqələr şöbəsinin müdiri Murad Həşimov Şəkinin Baş Küngüt kəndinin sakini Hikmət Musayevi ziyarət edib. Hikmət Musayev qeyd edib ki, orduya bacardığı qədər dəstək […]

Ardını oxu

Ordumuza “İrəli getməyin” çağırışını edənlərə cavabımız – “Dayanmayacağıq!”

Ermənistanın təxribatlarından sonra Azərbaycan tərəfin işğal altındakı torpaqlarını azad etmək üçün başladığı Vətən müharibəsinin 11-ci günüdür. Ordumuz hər gün yeni-yeni ərazilərimizi düşməndən təmizləyir. Uğurlu hərbi əməliyyatlarımızın davam etdiyi bu günlərdə Azərbaycana “irəli getməyin” deyənlər də az deyil və hər keçən gün onların sayı artmaqdadır. 30 ilə yaxındır ki, ermənilərin işğalçılıq siyasətini qulaqardına vuran beynəlxalq güclər, dövlətlər sanki indi yuxudan ayılıblar… […]

Ardını oxu

Ermənilərin Bərdəni atəşə tutması nəticəsində bir nəfər ölüb, yaralılar var – RƏSMİ

Ermənistan silahlı qüvvələrinin dinc Azərbaycan əhalisinin sıx yaşadığı əraziləri növbəti dəfə ağır artilleriyadan atəşə tutması nəticəsində Bərdə şəhərinin mərkəzi küçələrinə və mərkəzi xəstəxananın yaxınlığına düşmüş raket mərmisinin qəlpələrindən Mehdiyeva Şəhriyar İsa qızı həlak olub, üç nəfər isə müxtəlif dərəcəli bədən xəsarətləri alaraq xəstəxanaya yerləşdirilib.   Bu barədə Baş Prokurorluq məlumat yayıb. Bildirilib ki, faktla bağlı Bərdə rayon prokurorluğunda Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin müvafiq […]

Ardını oxu

“Qarabağ” Vətənə döndü – FOTO

UEFA Avropa Liqasında pley-off mərhələsində Polşada “Legiya”nı məğlub edən “Qarabağ” klubu Vətənə qayıdıb. Heydər Əliyev Hava Limanında təmsilçilərimizi media nümayəndələri və klubun fanatları qarşılayıblar. Qeyd edək ki, dünən baş tutan qarşılaşmada “Qarabağ” rəqibini 3:0 hesabı ilə məğlub edərək, ardıcıl 7-ci dəfə Avroliqanın qrupuna vəsiqə qazanıb.

Ardını oxu

Milli Məclisin payız sessiyasının ilk iclası başladı

Azərbaycan Milli Məclisinin (MM) payız sessiyasının ilk plenar iclası başlayıb. Modern.az xəbər verir ki, iclası parlamentin sədri Sahibə Qafarova açıb. Daha sonra dövlət himni səsləndirilib. Toplantının gündəliyinə 22 məsələ daxil edilib. İclasda “Mülki Prosessual, Cinayət, Miqrasiya, İnzibati Xətalar Məcəllələrinə, “Yerli (bələdiyyə) vergilər və ödənişlər haqqında” və “Nağdsız hesablaşmalar haqqında” və s. qanunlara dəyişiklik layihələri I oxunuşda müzakirə ediləcək. Bundan əlavə, […]

Ardını oxu

Düşmənin 2300 nəfərədək canlı qüvvəsi məhv edildi: S-300 vuruldu – RƏSMİ

İşğal olunmuş torpaqlarımızın azad olunması uğrunda Azərbaycan Ordusunun apardığı gərgin döyüşlər davam edir. Bununla bağlı Müdafiə Nazirliyi məlumat yayıb. Sentyabrın 27-dən bu gün səhər saatlarınadək düşmənin 2300 nəfərədək canlı qüvvəsi məhv edilib və yaralanıb, 130-dək tank və digər zirehli texnikası, 200-dən artıq artilleriya, yaylım atəşli raket sistemləri, minaatan, 25-dək hava hücumundan müdafiə vasitələri, altı komanda-idarəetmə və komanda-müşahidə məntəqələri, 5 silah-sursat […]

Ardını oxu

Sabahın hava proqnozu açıqlandı

Azərbaycanda sabaha gözlənilən hava şəraiti açıqlanıb. Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Milli Hidrometeorologiya Xidmətinin verdiyi məlumata görə sentyabrın 30-da Bakıda və Abşeron yarımadasında havanın dəyişkən buludlu olacağı, əsasən yağmursuz keçəcəyi gözlənilir. Cənub-şərq küləyi əsəcək.  Havanın temperaturu Bakıda və Abşeron yarımadasında gecə 15-17, gündüz  22-25 dərəcə isti olacaq. Atmosfer təzyiqi 767 mm civə sütunundan 763 mm civə sütununa enəcək, nisbi rütubət gecə 60-70, […]

Ardını oxu

Ermənistan ordusunun polkovniki məhv edildi – RƏSMİ

“Azərbaycan Ordusunun cəza tədbirləri nəticəsində müvəqqəti işğal altında olan Cəbrayıl rayonu istiqamətində yerləşdirilən Ermənistan ordusunun 18-ci motoatıcı diviziyasının artileriya rəisi polkovnik Karen Babayan məhv edilib”. Bununla bağlı Müdafiə Nazirliyinin Mətbuat Xidmətinin rəisi,  polkovnik Vaqif Dərgahlı məlumat verilib.  Qeyd edək ki, Ermənistan Silahlı Qüvvələri Baş Qərargahın Kəşfiyyat İdarəsinin rəisi, general-mayor Arakel Martikyan təmas xəttində partlayış nəticəsində ölüb. Bundan başqa, Ermənistan ordusu […]

Ardını oxu

Kimlər qismən səfərbərliyə cəlb olunacaq? – RƏSMİ

Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin rəisinin birinci müavini, general-mayor Zaur Abdullayev qismən səfərbərliklə bağlı detalları şərh edib. Oxu.Az-ın müxbirinin xəbərinə görə, Z.Abdullayev brifinqdə deyib ki, qismən səfərbərlik zamanı təsdiq edilmiş planlara uyğun olaraq, Xidmət tərəfindən ehtiyatda olan birinci dərəcəli hərbi vəzifəlilər, əsgərlər, matroslar, çavuşlar, gizirlər və miçmanlar 35 yaş, zabitlər isə hərbi rütbəsindən asılı olaraq 50 və […]

Ardını oxu

Azərbaycanda qismən səfərbərlik elan edildi – SƏRƏNCAM

Prezident İlham Əliyev Azərbaycan Respublikasında qismən səfərbərlik elan edilməsi haqqında sərəncam imzalayıb.  Sərəncama əsasən, Azərbaycan Respublikasında qismən səfərbərlik elan edilib. Azərbaycan Respublikasının Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidməti təsdiq edilmiş planlara uyğun olaraq hərbi vəzifəlilərin səfərbərlik üzrə hərbi xidmətə çağırılmasını və hərbi-nəqliyyat vəzifəsindən irəli gələn tədbirlərin həyata keçirilməsini təmin etməlidir. Nazirlər Kabineti bu sərəncamdan irəli gələn məsələləri həll etməlidir. […]

Ardını oxu

“Hərbi vəziyyət səfərbərlik demək deyil” – Dövlət Xidməti

“Azərbaycan Respublikasında səfərbərlik yox, hərbi vəziyyət elan olub”. Bunu Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidməti Aparatının şöbə rəisi, polkovnik Əjdər Babazadə keçirdiyi brifinqdə deyib. O qeyd edib ki, hərbi vəziyyətin elan edilməsi səfərbərliyin elan olunması anlamına gəlmir: “Əgər belə bir qərar verilsə, bununla bağlı xəbər Kütləvi İnformasiya Vasitələri, sosial şəbəkələr və digər vasitəsilərlə elan olunacaq. Belə qərar olduğu […]

Ardını oxu

Azərbaycanda hərbi vəziyyət elan edildi – RƏSMİ

Azərbaycan Prezidenti İlham Əliyevin Milli Məclis qarşısında qaldırdığı vəsatət əsasında Azərbaycanda hərbi vəziyyət təsdiq edilib. Bu barədə Prezidentin köməkçisi, Prezident Administrasiyasının Xarici siyasət məsələləri şöbəsinin müdiri Hikmət Hacıyev keçirilən brifinqdə deyib. O bildirib ki, dövlət başçısının fərmanı ilə qərara alınıb ki, 28 sentyabr saat 00:00-dan etibarən bütün ölkə üzrə hərbi vəziyyət elan edilsin. H.Hacıyevin sözlərinə görə, fərmanda o da bildirilir […]

Ardını oxu

Ukraynanın Xarkov vilayətində 26 nəfər öldüyü hərbi təyyarənin qəza anının görüntüləri yayılıb. Ukrayna Daxili İşlər nazirinin müavini Anton Qeraşenko “Facebook”da sözügedən videonu paylaşıb. Xatırladaq ki, An-26 hərbi nəqliyyat təyyarəsi cümə axşamı təlim uçuşu zamanı Xarkov vilayətinin Çuguyev şəhəri yaxınlığında qəzaya uğrayıb. Hava gəmisində 27 nəfər olub: yeddi ekipaj üzvü və 20 kursant. Bir kursantın uçmasına icazə verilməyib. Rəsmi rəqəmlərə görə, […]

Ardını oxu