Sosial şəbəkədə yayılan video ilə bağlı – Səhiyyə Nazirliyindən açıqlama

Manşet Sosial
Loading...

Səhiyyə Nazirliyi sosial şəbəkələrdə 1 saylı Ruhi-Əsəb Dispanserində baş vermiş hadisə ilə bağlı yayılan məlumatları münasibət bildirib.
Nazirliyin Mətbuat Xidmətindən Anews.az-a verilən məlumata görə, sosial şəbəkələrdə yayılan video görüntü 2019-cu ildə Maştağa qəsəbəsində yerləşən 1 saylı Ruhi-Əsəb Dispanserində naməlum şəxs tərəfindən çəkilib.

“Videogörüntünü xəstəxanaya yoxlanışa yaxud, xəstə ziyarətinə gələn şəxslərdən biri qeydə alıb. Xəstəxana rəhbərliyi artıq hüquq-mühafizə orqanlarına müraciət edib. Hazırda istintaq videogörüntünü çəkən və yayan adamın müəyyənləşdirilməsi istiqamətində araşdırmalar aparır”, – Nazirlikdən qeyd edilib.

Xəbərin olsun:  İlham Əliyev Tokio-2020 ilə bağlı sərəncam imzaladı

Загрузка...