SOS! “Soyqırımı günü”ndə ermənilər Barselonada konsert keçirdi – Səfirlik hara baxır?

Manşet Siyasət SON XƏBƏRLƏR
Loading...

Martın 31-də Barselonada ermənilər konsert keçiriblər.

Orman.Az xəbər verir ki, bu barədə tanınmış jurnalist, DJ Teymur Əliyev məlumat yayıb. O, qeyd edib ki, İspaniyanın ən böyük şəhərlərindən olan Barselonada “31 mart – Dünya Azərbaycanlılarının Soqırımı Günü”ndə ermənilər “Arsaxın qəhrəmanları” kimi ziyanımıza təbliğat xarakterli, siyasi ad qoyublar.

Bu konsert haqqında xəbər tutan İspaniyada yaşayan bir neçə azərbaycanlı konsert keçirilən yerə gedib, ermənilərə etiraz edib və konsert baş tutan yerdə aksiya keçiriblər. Soydaşlarımızın cəhdlərinə baxmayaraq konsert baş tutub.

Sual doğur: vətəndaşlarımız gündəlik fəaliyyətlərindən ayrılıb fərdi şəkildə məkrli kampaniyaya etiraz etdiyi halda bu işə təhkim olunmuş nümayəndəliyimiz, yəni Azərbaycanın İspaniyadakı səfirliyi məsələyə niyə ciddi şəkildə diqqət ayırmır?

Qeyd edək ki, bu ölkədə səfirliyin işi ilə bağlı mətbuatda dəfələrlə neqativ informasiyalar yayılıb. Məlumatı verən Teymur Əliyev də bu ölkə ilə yaxından tanış olduğundan səfirlikdən ciddi narazılığını ifadə edib:

“Belə diplomatımız olduğu halda oradakı soydaşlarımızın çabalaması da effektsiz olur. Səfir isə sadə azərbaycanlıların gördüyü işlərin yanına öz adını “soxuşdurur” ki, guya bu da nəsə edir. Faktiki də nəsə edir ha! Azərbaycanın İspaniyada mənfi imici üçün hər şey edir”.

Qeyd edək ki, Azərbaycan Respublikasının İspaniya Krallığı və Andorra Knyazlığındakı səfiri sabiq BDU rektoru Abel Məhərrəmovun oğlu Anar Məhərrəmovdur.

Загрузка...