SON VƏZİYYƏT! Nazir “Diqlas”a gəldi… Yanğın davam edir – VİDEO – FOTO

flash Hadisə kriminal qəza SON XƏBƏRLƏR
Loading...

Bakının Nizami rayonu ərazisində ticarət və digər təyinatlı obyektlərin yerləşdiyi ərazidə davam edən yanğının söndürülməsinə Fövqəladə Hallar Nazirliyinin Aviasiya dəstəsinin 2 helikopteri cəlb olunub.

Orman.Az xəbər verir ki, məlumatına görə, bu barədə FHN mətbuat xidməti açıqlama yayıb.

Nazirliyin “112” qaynar telefon xəttinə Bakı şəhərinin Nizami rayonu ərazisində ticarət və digər təyinatlı obyektlərin yerləşdiyi ərazidə yanğın baş verməsi barədə məlumat daxil olub.

Çağırış ünvanına cəlb olunan Fövqəladə Hallar Nazirliyin Dövlət Yanğından Mühafizə Xidmətinin yanğından mühafizə bölmələri və Xüsusi Riskli Xilasetmə Xidmətinin xilasediciləri tərəfindən yanğınsöndürmə işləri və digər təxirəsalınmaz tədbirlər görülür. Əlavə məlumat veriləcək.

Hazırda hadisə yerinə fövqəladə hallar naziri Kəmaləddin Heydərov və Nizami rayon İcra Hakimiyyətinin başçısı Arif Qasımov gəlib.

Qeyd edək ki, hazırda yanğın davam edir…

Görüntüləri təqdim edirik:

“Diqlas”dakı yanğının başlama anı – Qaz balonu partlayır… – VİDEO

Загрузка...