SON DƏQİQƏ! Azərbaycanda məktəbliləri daşıyan mikroavtobus ağır qəzaya uğradı

Manşet SON XƏBƏRLƏR təhsil
Loading...

Bakı-Qazax avtomobil yolunun Yevlax şəhəri ərazisindən keçən hissəsində xəsarətlə nəticələnən ağır yol qəzası baş verib.

Orman.Az “Report”a istinadla xəbər verir ki, Bayraq meydanının yaxınlığında “Mercedes” markalı mikroavtobusun yük maşını ilə toqquşması nəticəsində 3 nəfər xəsarət alıb.

Yaralılar – 1991-ci il təvəllüdlü İlyaslı İlyas Ramiz oğlu, 1963-cü il təvəllüdlü Təranə Paşayeva və 2006-cı il təvəllüdlü Polad Niyazlı xəstəxanaya yerləşdirilib.

Qəzaya düşən mikroavtobusda Bakı şəhərində təşkil olunmuş idman yarışından qayıdan məktəblilər, onların müəllimləri və valideynləri olub.

Faktla bağlı araşdırma aparılır.

Загрузка...