Vladimir Putin Azərbaycan Prezidenti İlham Əliyevə telefonla zəng etdi

Mayın 18-də Rusiya Federasiyasının Prezidenti Vladimir Putin Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevə telefonla zəng edib. Bu barədə Azərbaycan Prezidentinin Mətbuat Xidməti məlumat yayıb. Telefon söhbəti zamanı dövlət başçıları koronavirus pandemiyası ilə mübarizə sahəsində görülən işlərdən danışıb, bu istiqamətdə ölkələrimizin sərhəd-keçid məntəqələrində qarşılıqlı əlaqələndirmə şəraitində həyata keçirilən tədbirlər barədə fikir mübadiləsi aparıblar. Dövlət başçıları Azərbaycanla Rusiya arasında strateji tərəfdaşlıq əlaqələrinin bütün sahələrdə uğurla inkişaf etdiyini […]

Ardını oxu

“Kənd təsərrüfatı məhsulları istehsalının subsidiyalaşdırılması qaydası”na dəyişiklik edilib – FƏRMAN

Prezident İlham Əliyev 27 iyun 2019-cu il tarixli fərmanı ilə təsdiq edilmiş “Kənd təsərrüfatı məhsulları istehsalının subsidiyalaşdırılması Qaydası”nda dəyişiklik edib. Orman.az xəbər verir ki, dövlət başçısının bununla bağlı imzaladığı fərmana əsasən edilmiş əlavəyə görə, kənd təsərrüfatı məhsullarının istehsalçılarına bitkiçilik və heyvandarlıq sahələri üzrə subsidiyaların ödənilməsi məqsədilə subsidiya məbləğləri köçürülən plastik kartların hazırlanması və göstərilən bank xidmətləri Kənd Təsərrüfatı Nazirliyi yanında Aqrar […]

Ardını oxu

İlham Əliyevdən mühüm SƏRƏNCAM

Prezident İlham Əliyev Ağsu rayonunda əkin sahələrinin su təminatının yaxşılaşdırılması ilə bağlı əlavə tədbirlər haqqında sərəncam imzalayıb. Orman.az xəbər verir ki, sərəncamla Ağsu rayonunda əkin sahələrinin su təminatının yaxşılaşdırılması üçün Qazanarx kanalının yenidən qurulması məqsədilə “Azərbaycan Respublikasının 2020-ci il dövlət büdcəsində dövlət əsaslı vəsait qoyuluşu (investisiya xərcləri) üçün nəzərdə tutulan vəsaitin bölgüsü”nün 1.8.21-ci yarımbəndində göstərilmiş məbləğin 3,3 milyon (üç milyon üç yüz min) […]

Ardını oxu

Laçın rayonunun işğalından 28 il keçir

Azərbaycanın Laçın rayonunun Ermənistan Silahlı Qüvvələri tərəfindən işğal olunmasından 28 il keçir. Orman.az-nın məlumatına görə, 1992-ci il mayın 18-də Ermənistan Silahlı Qüvvələrinin Laçın rayonunu ələ keçirməsi ilə Dağlıq Qarabağ “de-fakto” Ermənistana birləşdirilib. İşğal nəticəsində Laçında 1 şəhər, 1 qəsəbə və 120 kənd düşmən əlinə keçib, 264 nəfər şəhid olub, 65 nəfər girov götürülüb, 103 nəfər əlil olub. Rayon üzrə 1 […]

Ardını oxu

Bakının verdiyi, Moskvanın da dəstəklədiyi humanist təklifdən İrəvan niyə qaçır?.. – TƏHLİL

Xəbər verdiyimiz kimi, Azərbaycan Müdafiə Nazirliyi 10 minlik qruplaşmanın və yüzlərlə müxtəlif tipli texnika, silah sistemlərinin, PUA-ların iştirakı ilə növbəti geniş miqyaslı təlimlərin anonsunu verib. Təlimlərin ssenarisi düşmən müdafiəsinin bütün dərinliklərinə eyni vaxtda sarsıdıcı zərbələrin endirilməsi, zərbə qruplaşmalarının formalaşdırılmasını nəzərdə tutur. Yəni Azərbaycan ordusunun təlimləri bu dəfə də işğal edilmiş ərazilərdə oturmuş düşməni vurub çıxarmaq ssenarisi əsasında keçiriləcək, müharibə məşqinin […]

Ardını oxu

İlham Əliyev CISCO şirkətinin rəhbərləri ilə görüşdü – FOTO

Mayın 15-də CISCO şirkətinin təşəbbüsü ilə Prezident İlham Əliyevlə bu şirkətin icraçı vitse-prezidenti və baş maliyyə direktoru Kelli Kramer, vitse-prezidenti Qay Ditrix və CISCO rəhbərliyinin digər nümayəndələri arasında videokonfrans keçirilib. AZƏRTAC xəbər verir ki, videokonfransda Prezidentin köməkçisi Şahmar Mövsümov və Nəqliyyat, Rabitə və Yüksək Texnologiyalar naziri Ramin Quluzadə iştirak ediblər.

Ardını oxu

Ermənistan silahlı qüvvələri atəşkəsi 27 dəfə pozub

Ermənistan silahlı qüvvələrinin bölmələri cəbhənin müxtəlif istiqamətlərində sutka ərzində atəşkəs rejimini 27 dəfə pozub. Müdafiə Nazirliyindənverilən xəbərə görə, Ermənistan Respublikası Krasnoselsk rayonu ərazisindəki adsız yüksəkliklərdə yerləşən mövqelərdən Gədəbəy rayonu ərazisindəki adsız yüksəkliklərdə yerləşən mövqelərimiz atəşə tutulub.Tərtər rayonunun işğal altında olan Çiləbürt, Ağdam rayonunun Yusifcanlı, Mərzili, Füzuli rayonunun Aşağı Veysəlli, Horadiz kəndləri yaxınlığında, həmçinin Tərtər rayonu ərazisindəki adsız yüksəkliklərdə yerləşən mövqelərdən […]

Ardını oxu

Bu şəxslərə yüksək vəzifələr verildi – SİYAHI

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin Fərmanı ilə İqtisadiyyat Nazirliyinin fəaliyyətinin təmin edilməsi məqsədilə Nazirliyin strukturuna daxil olan xidmətlərin əsasnamələri təsdiq edilib, həmçinin dövlət başçısının müvafiq sərəncamları ilə xidmətlərin fəaliyyətinin təmin edilməsi məqsədilə strukturların rəhbərliyində kadr təyinatları aparılıb. Metbuat.az xəbər verir ki, bu barədə Nazirlikdən məlumat verilib. İqtisadiyyat Nazirliyi üzrə Əliyev Elnur Aydın oğlu iqtisadiyyat nazirinin müavini vəzifəsinə təyin edilib. Elnur Əliyev ixtisasca hüquqşünasdır. […]

Ardını oxu

DTX və Baş Prokurorluq əməliyyat keçirdi – Bu dəfə Dövlət Sərhəd Xidmətində

Dövlət Təhlükəsizliyi Xidməti və Baş Prokurorluq tərəfindən həyata keçirilmiş birgə əməliyyat-istintaq tədbirləri nəticəsində Azərbaycan Respublikası Dövlət Sərhəd Xidmətinin Sahil Mühafizəsinin vəzifəli şəxslərinin qanunazidd əməllərinin qarşısı alınıb.“BakuPost” xəbər verir ki, bu barədə DTX-nin rəsmi saytı məlumat yayıb.Hazırda araşdırmalar davam etdirilir. İctimaiyyətə əlavə məlumat veriləcəkdir.

Ardını oxu

Bakı İrəvana yenə vaxt verəcəkmi? – TƏHLİL

Birinci səbəb kimi, şübhəsiz, təcavüzkar Ermənistanın özünü qalib kimi aparması, atəşkəs sazişini tam yanlış olaraq Azərbaycanın “kapitulyasiya sənədi” kimi anlaması göstərilməlidir. Guya Qarabağ müharibəsi artıq bitib və o səbəbdən Bakı məğlubiyyətini etiraf edib hazırkı təmas xəttini yeni sərhədlər kimi qəbul etməlidir. Halbuki Bişkek protokolunda kimin qalib, kimin məğlub olması barədə bircə söz də yoxdur. Başqa yandan, Azərbaycan tərəfi, özəlliklə prezident […]

Ardını oxu

Ermənistan atəşkəs rejimini 30 dəfə pozub

Ermənistan silahlı qüvvələrinin bölmələri cəbhənin müxtəlif istiqamətlərində snayper tüfənglərindən də istifadə etməklə sutka ərzində atəşkəs rejimini 30 dəfə pozub. Bu barədə “Orman”a Müdafiə Nazirliyindən məlumat verilib.  Ermənistan Respublikası Krasnoselsk rayonu ərazisindəki adsız yüksəkliklərdə yerləşən mövqelərdən Gədəbəy rayonunun Zamanlı kəndində və adsız yüksəkliklərdə yerləşən mövqelərimiz atəşə tutulub. Tərtər rayonunun işğal altında olan Göyarx, Ağdam rayonunun Yusifcanlı, Füzuli rayonunun Aşağı Veysəlli, Qərvənd, […]

Ardını oxu

İlham Əliyev və Mehriban Əliyeva Sumqayıtda açılışda – FOTO

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev və Birinci vitse-prezident Mehriban Əliyeva mayın 12-də Sumqayıtda “Gilan Tekstil Park” Məhdud Məsuliyyətli Cəmiyyətinin tibbi maska fabrikinin və tikiş fabrikinin nəzdində fəaliyyət göstərən qoruyucu kombinezonların istehsalı müəssisəsinin açılışında iştirak ediblər. AZƏRTAC xəbər verir ki, “Gilan Tekstil Park” Məhdud Məsuliyyətli Cəmiyyətinin baş direktoru Mehriban Axundova dövlətimizin başçısına və birinci vitse-prezidentə müəssisələrin fəaliyyəti barədə məlumat verib. Bildirilib […]

Ardını oxu

İlham Əliyevdən mühüm SƏRƏNCAM

Prezident İlham Əliyev Aqil Şirinovun Azərbaycan İlahiyyat İnstitutunun rektoru təyin edilməsi haqqında sərəncam imzalayıb. Orman.az xəbər verir ki, sərəncamla Aqil Muxtar oğlu Şirinov Azərbaycan İlahiyyat İnstitutunun rektoru təyin edilib. Qeyd edək ki, A.Şirinov 1979-cu ilin sentyabrın 28-də Kəlbəcər şəhərində anadan olub. O, bu təyinata qədər Azərbaycan İlahiyyat İnstitutunun Elm və innovasiyalar üzrə prorektoru idi. Eyni zamanda, Azərbaycan İlahiyyat İnstitutunun rektoru vəzifəsini müvəqqəti icra edirdi.

Ardını oxu

Ermənilər atəşkəs rejimini 24 dəfə pozub

Ermənistan silahlı qüvvələrinin bölmələri cəbhənin müxtəlif istiqamətlərində iriçaplı pulemyotlardan da istifadə etməklə sutka ərzində atəşkəs rejimini 24 dəfə pozub. Orman.az Müdafiə Nazirliyinin saytına istinadən xəbər verir ki, Ermənistan Respublikası Krasnoselsk rayonu ərazisindəki adsız yüksəkliklərdə yerləşən mövqelərdən Gədəbəy rayonu ərazisindəki adsız yüksəkliklərdə yerləşən mövqelərimiz atəşə tutulub. Ağdam rayonunun işğal altında olan Mərzili, Xocavənd rayonunun Kuropatkino, Füzuli rayonunun Qaraxanbəyli kəndləri yaxınlığında, həmçinin Tərtər rayonu […]

Ardını oxu

İlham Əliyev və Mehriban Əliyeva Heydər Əliyevin məzarını ziyarət ediblər – YENİLƏNİB

Mayın 10-da, xalqımızın xilaskar oğlu Heydər Əliyevin doğum günündə Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev və birinci xanım Mehriban Əliyeva Fəxri xiyabanda Ümummilli Liderin məzarını ziyarət ediblər. AZƏRTAC xəbər verir ki, Prezident İlham Əliyev və Birinci vitse-prezident Mehriban Əliyeva ümummilli lider Heydər Əliyevin məzarı önünə gül qoyublar, Ulu Öndərin xatirəsini ehtiramla anıblar. Sonra dövlətimizin başçısı və xanımı Ulu Öndərin ömür-gün yoldaşı, […]

Ardını oxu

Heydər Əliyevin anadan olmasının 97-ci ildönümüdür

Bu gün Azərbaycanın ümummilli lideri Heydər Əliyevin doğum günüdür. Heydər Əliyevin anadan olmasının 97-ci ildönümüdür. Heydər Əlirza oğlu Əliyev 1923-cü il mayın 10-da Azərbaycanın Naxçıvan şəhərində anadan olub. O, 1939-cu ildə Naxçıvan Pedaqoji Texnikumunu bitirdikdən sonra Azərbaycan Sənaye İnstitutunun (ADNSU) memarlıq fakültəsində təhsil alıb. Başlanan müharibə ona təhsilini başa çatdırmağa imkan verməyib. 1941-ci ildən Heydər Əliyev Naxçıvan MSSR Xalq Daxili İşlər […]

Ardını oxu

Prezident müharibə elan edib: satqınlar, xainlər isə… – TƏHLİL

Cənab Prezidentin bu gün modul tipli xəstəxana kompleksinin açılışındakı çıxışını diqqətlə dinlədim. Prezident pandemiyanı haqlı olaraq müharibə adlandırır. Bu sözləri Axar.az-a açıqlamasında Teleqraf Media Qrupunun rəhbəri, politoloq Aynur Camalqızı Prezident İlham Əliyevin bu gün yeni modul tipli xəstəxana kompleksinin açılışındakı çıxışına münasibət bildirərkən deyib. A.Camalqızı bildirib ki, hər müharibənin qəhrəmanları, fədakarları olduğu kimi, xainləri, satqınları da var: “Təsəvvür edin, dövlət […]

Ardını oxu

Şuşanın işğalından 28 il ötür

Ermənistan silahlı qüvvələrinin Rusiyanın 366-cı alayının 40 zirehli texnikasının dəstəyi ilə Azərbaycan Respublikasının Şuşa şəhərini işğal etməsinin ildönümüdür. Orman.az”un xəbərinə görə, Şuşanın işğalından 28 il ötür. 1992-ci il mayın 7-dən 8-nə keçən gecə erməni hərbi birləşmələri 11 min nəfərlik qoşunla üç istiqamətdən Şuşa şəhərinə hücum edib və Şuşa talan olunub. Erməni təcavüzkarlarının Azərbaycan xalqına qarşı törətdiyi növbəti kütləvi qırğın nəticəsində 195-dən […]

Ardını oxu

“Qaregin Njdeyə abidə ucaldılması bizi narahat etməyə bilməz” – Sahibə Qafarova

Mayın 7-də Rusiya Federasiyası Federal Məclisinin Federasiya Şurasının Beynəlxalq məsələlər komitəsinin təşkilatçılığı ilə Böyük Vətən Müharibəsində Qələbənin 75-ci ildönümünə həsr olunmuş videokonfrans keçirilib. Milli Məclis Aparatının Mətbuat və ictimaiyyətlə əlaqələr şöbəsindən Modern.az-a bildiriblər ki, videokonfransda çıxış edən Azərbaycan Respublikası Milli Məclisinin Sədri Sahibə Qafarova Böyük Vətən Müharibəsində Qələbənin 75 illiyi münasibətilə videokonfransın keçirilməsinin əhəmiyyətini qeyd edib, bu tədbirə dəvət üçün minnətdarlığını bildirib. […]

Ardını oxu

Prezident Vilyam Hacıyevin iş otağından tapılanlardan danışdı: “Vicdanlarını tam itiriblər”

Prezident İlham Əliyev İmişlinin Dövlət Təhlükəsizliyi Xidməti tərəfindən saxlanılan sabiq icra başçısı Vilyam Hacıyevin əməllərindən danışıb.“BakuPost” xəbər verir ki, ölkə başçısı V.Hacıyevin ictimai işlərə cəlb edilmiş şəxslərin əməkhaqqını mənimsədiyini bildirib:“İcra başçılarının iş otaqlarından, onların yaxınlarının, köməkçilərinin iş otaqlarından yüzlərlə ödəmə kartı çıxır. Yüzlərlə… Mənə verilən məlumata görə, son tutulan icra başçısının otağından 114 ödəmə kartı çıxıb. Nə deməkdir bu? Biz […]

Ardını oxu

Mehriban Əliyeva Azərbaycan xalqına çağırış etdi

Birinci vitse-prezident Mehriban Əliyeva ölkəmizdə yayılan COVID-19 pandemiyası ilə bağlı məqalə yayımlayıb.Məqalədə deyilir:“Hörmətli həmvətənlər!Sizinlə ölkəmizdə COVID-19 epidemiyasının hazırkı vəziyyəti ilə bağlı fikirlərimlə bölüşmək istəyirəm.Keçdiyimiz yolu dəyərləndirərək, bu gün artıq deyə bilərik ki, bu şiddətli virus hücumu başlayanda onun real miqyasını, təhlükə dərəcəsini və törədə biləcəyi fəsadları qiymətləndirmək və dərk etmək üçün çox az məlumat var idi. Bir şey aydın idi – […]

Ardını oxu