İlham Əliyev və Mehriban Əliyeva “Ana harayı” abidəsini ziyarət edib

Azərbaycan Prezidenti İlham Əliyev və Birinci vitse-prezident Mehriban Əliyeva Bakının Xətai rayonunda Xocalı soyqırımı qurbanlarının xatirəsinə ucaldılmış “Ana harayı” abidəsini ziyarət edib. “Haber Global”ın məlumatına görə, abidənin ətrafında fəxri qarovul dəstəsi və tər çiçəklər düzülüb. Prezident İlham Əliyev Xocalı soyqırımı abidəsinin önünə əklil qoyub, faciə qurbanlarının xatirəsini ehtiramla yad edib.

Ardını oxu

Bakının silahlanma strategiyası: savaş hazırlıqları bitib – TƏHLİL

Sabah Xocalıq soyqırımının 28-ci ildönümü tamam olur. Erməni işğalçı qüvvələrinin Azərbaycan xalqına qarşı törətdiyi bu misli görünməmiş vəhşilik aktı həm də Qarabağ münaqişəsi zamanı torpaqlarımızda həyata keçirilən növbəti etnik təmizləmə kimi tarixə düşüb. Lakin üstündən üç on illiyə yaxın vaxt ötsə də, dünyanın gözü qarşısında yaşanmış bu antibəşəri, qan donduran cinayətə görə düşmən hələ də zərrəcə utanc hissi keçirmir. Əksinə, […]

Ardını oxu

KİV: “Ərdoğan və İlham Əliyev koronavirusla bağlı müzakirə aparacaq”

Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğanın Bakıya bir günlük səfəri çərçivəsində prezidentin iqamətgahında İlham Əliyevlə təkbətək və heyətlərin iştirakı ilə görüşləri nəzərdə tutulub.Bu barədə “Hürriyet” məlumat yayıb.Görüş zamanı başda Suriya məsələsi və İdlib böhranı olmaqla, ortaq enerji layihələri, Çində ortaya çıxan koronavirusun ticarətə təsirləri müzakirə olunacaq. Liderlərin həmsədrliyi ilə keçiriləcək Türkiyə-Azərbaycan Yüksək Səviyyəli Strateji Tərəfdaşlıq Şurasının iclasında ölkələr arasında ilk dəfə preferensial […]

Ardını oxu

Qarabağda savaş təhlükəsi: “Qorxuram…” – Gərginlik pik həddə

“Dağlıq Qarabağdakı münaqişə ümidsiz şəkildə dondurulub, 1990-cı illərin əvvəllərində müəyyənləşdirilmiş danışıqlar formatı işə yaramır”. Teleqraf.com xəbər verir ki, bunu erməni politoloq Karine Gevorqyan deyib. “1994-cü ildən bəri dünya çox dəyişdi və köhnə yanaşmalarla bu problemi həll etməyin mümkün olmadığı aydın oldu. Çünki Qarabağ münaqişəsi bütün Yaxın və Orta Şərqə təsir edən proseslərin bir hissəsinə çevrildi. Yəni Qarabağ münaqişəsi müxtəlif qlobal siyasi […]

Ardını oxu

Prezident Əli Əsədova yeni vəzifə verdi – FƏRMAN

Prezident İlham Əliyev Azərbaycan Respublikasının Elm, texnika, memarlıq, mədəniyyət və ədəbiyyat üzrə Dövlət Mükafatları Komissiyasının yeni tərkibinin təsdiq edilməsi haqqında fərman imzalayıb. Fərmanla Azərbaycan Respublikasının Elm, texnika, memarlıq, mədəniyyət və ədəbiyyat üzrə Dövlət Mükafatları Komissiyasının aşağıdakı yeni tərkibi təsdiq edilib:Komissiyanın sədri Əli Əsədov – Azərbaycan Respublikasının Baş Naziri Komissiyanın üzvləri Əli Əhmədov – Azərbaycan Respublikası Baş Nazirinin müavini Ramiz Mehdiyev […]

Ardını oxu

Bu həftə MSK seçkilərlə bağlı “son sözünü” deyəcək

Bu həftə Mərkəzi Seçki Komissiyası (MSK) Milli Məclisə növbədənkənar parlament seçkilərinin yoxlanılması prosesini başa çatdıracaq. Oxu.Az-ın məlumatına görə, prosedur Seçki Məcəlləsinin tələblərinə əsasən həyata keçirilir. Məcəllənin 171.2-ci maddəsinə əsasən, MSK seçki günündən ən geci 20 gün keçənədək dairə seçki komissiyalarının protokollarını yoxlamalıdır. MSK fevralın 29-dək prosesi yekunlaşdıracaq. MSK bundan sonra həmin sənədləri 24 saat müddətində Konstitusiya Məhkəməsinə təqdim edir. Konstitusiya […]

Ardını oxu

İlham Əliyev Roma şəhərinin meri ilə görüşüb

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev fevralın 21-də Roma şəhərinin meri xanım Vircinia Raggi ilə görüşüb. AZƏRTAC xəbər verir ki, görüşdə Prezident İlham Əliyev İtaliyaya dövlət səfərinin nəticələrindən çox məmnun olduğunu bildirdi. Səfər çərçivəsində 25-dən çox sənədin imzalandığını vurğulayan dövlətimizin başçısı qeyd etdi ki, Azərbaycan və İtaliya strateji tərəfdaşlardır. Bu strateji tərəfdaşlıq münasibətləri əlaqələrimizin bütün sahələrini əhatə edəcək.Prezident İlham Əliyev səfər çərçivəsində keçirilən […]

Ardını oxu

İlham Əliyev İtaliyada “Qarabağ Azərbaycandır!” dedi

“Ermənistan-Azərbaycan Dağlıq Qarabağ münaqişəsinin həlli ilə bağlı cənab Prezident dediyi kimi, biz məsələni müzakirə etdik”. Bunu fevralın 20-də geniş tərkibdə görüşdən sonra Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev İtaliya Respublikasının Prezidenti Sercio Mattarella ilə mətbuata bəyanatlarla çıxış edən zaman deyib. “Bu məsələnin həlli yolları imzalanmış Birgə Bəyannamədə də göstərilir. Orada göstərilir ki, İtaliya və Azərbaycan bir-birinin ərazi bütövlüyünə, suverenliyinə, sərhədlərin toxunulmazlığına hörmətlə yanaşır və bunu […]

Ardını oxu

İlham Əliyev və Mehriban Əliyevanın Romada rəsmi qarşılanma mərasimi olub

İtaliya Respublikasında dövlət səfərində olan Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin fevralın 20-də Romada rəsmi qarşılanma mərasimi keçirilib. AZƏRTAC xəbər verir ki, Prezident İlham Əliyev süvari dəstəsinin müşayiəti ilə Romanın Kuirinale Sarayına gəlib. Azərbaycan dövləti başçısının şərəfinə fəxri qarovul dəstəsi düzülüb. Prezident İlham Əliyevi və bBirinci vitse-prezident Mehriban Əliyevanı İtaliya Prezidenti Sercio Mattarella və qızı Laura Mattarella qarşılayıblar. Azərbaycanın və İtaliyanın dövlət […]

Ardını oxu

Ermənistan silahlı qüvvələri atəşkəsi 23 dəfə pozub

Ermənistan silahlı qüvvələrinin bölmələri cəbhənin müxtəlif istiqamətlərində iriçaplı pulemyotlardan da istifadə etməklə sutka ərzində atəşkəs rejimini 23 dəfə pozub.  Müdafiə Nazirliyindən verilən xəbərə görə, Ermənistan Respublikası Noyemberyan rayonunun Şavarşavan kəndində və adsız yüksəkliklərdə, İcevan rayonunun Berkaber kəndində yerləşən mövqelərdən Qazax rayonunun Kəmərli, Fərəhli, Quşçu Ayrım, Qızılhacılı kəndlərində, Krasnoselsk rayonu ərazisindəki adsız yüksəkliklərdə yerləşən mövqelərdən Gədəbəy rayonunun Zamanlı kəndində və adsız yüksəkliklərdə […]

Ardını oxu

İlham Əliyev və Mehriban Əliyeva Romada Nizami Gəncəvinin abidəsini ziyarət etdi – FOTO

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev fevralın 19-da Romadakı məşhur “Villa Borghese” parkında dahi Azərbaycan şairi və mütəfəkkiri Nizami Gəncəvinin abidəsini ziyarət edib.AZƏRTAC xəbər verir ki, Prezident İlham Əliyev, Birinci vitse-prezident Mehriban Əliyeva və qızları Leyla Əliyeva abidənin önünə gül dəstələri qoydular.Qeyd edək ki, bu abidə “Dahi Azərbaycan şairi və mütəfəkkiri Nizami Gəncəvinin 870 illik yubileyinin keçirilməsi haqqında” Azərbaycan Respublikası Prezidentinin […]

Ardını oxu

Azərbaycan Prezidenti İtaliyadadır

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev fevralın 19-da İtaliya Respublikasına dövlət səfərinə gəlib. Orman.az-ın xəbərinə görə, Romanın “Fiumicino” Beynəlxalq Hava Limanında dövlətimizin başçısının şərəfinə fəxri qarovul dəstəsi düzülmüşdü. Prezident İlham Əliyevi və birinci xanım Mehriban Əliyevanı İtaliya Xarici İşlər Nazirliyinin Dövlət Protokol İdarəsinin rəisi İniqo Lambertini, bu ölkənin Azərbaycandakı səfiri Auqusto Massari və digər rəsmi şəxslər qarşıladılar.

Ardını oxu

Azərbaycanda seçki: Prezident necə aldatdılar?

Ötən ilin əvvəlindən başlayan islahat dalğası bütövlükdə cəmiyyəti əhatə etməyə kifayət elədi. Ilin ortasında başlayan sosial və kadr islahatları, 4 milyona yaxın şəxsin maddi vəziyyətinin yaxşılaşması, eynizamanda büdcəyə yük kimi qalmaqda davam edən oxşar nazirliklərin birləşdirilməsi bu islahatlara daxil idi.Daha sonra prezident Ilham Əliyevin daxili və xarici siyasəti əlaqələndirərək, erməni baş nazir Paşinyanı bir neçə dəfə “nokaut”a salması cəmiyyətdəki nüfuzunu […]

Ardını oxu

Bu şəxs hər gün prezidentə şikayət yazıb

Prezident Administrasiyası quruma ən çox şikayət edən vətəndaşların adlarının açıqlayıb. Yeniavaz.com xəbər verir ki, bu haqda Azərbaycan Respublikası Prezidenti Administrasiyasının Vətəndaşların müraciətləri ilə iş şöbəsinin müdiri Süleyman İsmayılovun rəsmi mətbuatda dərc edilmiş məqaləsində bildirilib.Yazıda qeyd olunub ki, Prezident Administrasiyasına çoxsaylı müraciət göndərən və özünü hüquq müdafiəçisi adlandıran bəzi “mirzələr” də var. Belə “mirzələr” onlara müraciət edən vətəndaşların inamından sui-istifadə edərək yuxarı […]

Ardını oxu

İşçisini 8 saatdan artıq işlədən cəzasını alacaq – Prezident

Daha vacib məsələ təhlükəsizlikdir, sürücülərin hazırlanmasıdır, onların tibbi müayinəsi və iş qrafikidir. Mən bu yaxınlarda bildirdim ki, heç kim gündə 8 saatdan artıq işləməməlidir. Əgər kimsə işçiləri qanunsuz işlədirsə, istismar edirsə, cəzasını alacaq. Əlbəttə, əminəm ki, Bakı Nəqliyyat Agentliyində çalışan sürücülər bu meyarlara riayət edirlər. Axar.az xəbər verir ki, bunu Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev Bakı Nəqliyyat Agentliyinin İdarə Heyətinin sədri […]

Ardını oxu

Prezident İlham Əliyev Vüsal Kərimlini qəbul etdi

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev Bakı Nəqliyyat Agentliyinin İdarə Heyətinin sədri Vüsal Kərimlini qəbul edib. Son illər şəhər nəqliyyatı ilə bağlı görülmüş işlərdən danışan Prezident İlham Əliyev dedi: – Bakı Nəqliyyat Agentliyi keçən ili yaxşı nəticələrlə başa vurub, görülən işlərin bir hissəsi ilə mən şəxsən tanış olmuşam. Hesab edirəm ki, Agentlik üçün keçən il uğurlu olubdur. Ancaq biz əldə edilmiş nailiyyətlərlə kifayətlənməməliyik, […]

Ardını oxu

İlham Əliyev sərəncam izmaladı

Azərbaycan Respublikası Prezidenti İlham Əliyev Gədəbəy rayonunun ərazisində Dəyirmançay və Qaraçay çayları üzərində yeni körpülərin tikintisinə dair əlavə tədbirlər haqqında sərəncam imzalayıb. Orman.az sərəncamın mətnini təqdim edir: 1. Gədəbəy rayonunun ərazisində Dəyirmançay və Qaraçay çayları üzərində yeni körpülərin tikintisinin başa çatdırılması məqsədilə Azərbaycan Respublikasının 2020-ci il dövlət büdcəsinin dövlət əsaslı vəsait qoyuluşunun (investisiya xərclərinin) bölgüsündə avtomobil yollarının tikintisi və yenidən qurulması […]

Ardını oxu

Qarabağda erməni əsgərlər kütləvi şəkildə intihar edir – FAKTLAR

Dağlıq Qarabağda son aylarda əsgər ölümlərinin kəskin artımı qondarma rejim rəhbərliyini ciddi narahat edib. Modern.az Ermənistan KİV-nə istinadən xəbər verir ki, qondarma rejimin “müdafiə naziri” Karen Abramyanın istefaya göndəriləcəyi və onun yerinə “Baş Qərargah rəisi” Cəlal Arutunyanın gətiriləcəyi iddia olunur. Bundan başqa, “Hərbi Polisin rəisi” Artur Baqdasaryanın da istefası gözlənilir. Yanvarın 1-dən Qarabağda 10 erməni hərbçisi ölüb. Onların 6-sı özünə […]

Ardını oxu

Ermənistan müxalifəti Paşinyan haqqında — Siz patoloji yalançısınız, yoxsa fərasətsiz qorxaq?

Ermənistan Respublika Partiyası sədrinin müavini Armen Aşotyan öz “Facebook” səhifəsində yazıb: “Baş aça bilmirəm, siz daha çox patoloji yalançısınız, yoxsa fərasətsiz qorxaq?”Orman.az AZƏRTAC-a istinadən xəbər verir ki, Aşotyan belə emosional, lakin həqiqətdən heç də uzaq olmayan yazını Ermənistanın baş naziri Nikol Paşinyanın administrasiyasının saxtakarlıqlarını ifşa etdiyinə görə yazıb. O yazır: “Deməli, Nikol Paşinyanın “Facebook” səhifəsində Merkel ilə Paşinyan arasında dünənki […]

Ardını oxu

İlham Əliyev Dövlət Agentliyinə 4,9 milyon manat ayırdı

Prezident İlham Əliyev Hacıqabul rayonunun Hacıqabul-Muğan avtomobil yolunun tikintisi ilə bağlı tədbirlər haqqında sərəncam imzalayıb. Bununla bağlı AZƏRTAC məlumat yayıb. Sərəncama əsasən, otuz iki min nəfər əhalinin yaşadığı iki yaşayış məntəqəsini birləşdirən Hacıqabul-Muğan avtomobil yolunun tikintisi məqsədilə Azərbaycan Respublikasının 2020-ci il dövlət büdcəsinin dövlət əsaslı vəsait qoyuluşunun (investisiya xərclərinin) bölgüsündə avtomobil yollarının tikintisi və yenidən qurulması üçün nəzərdə tutulmuş vəsaitin […]

Ardını oxu

MSK onların nəticələrini ETİBARSIZ saydı – QƏRAR

Mərkəzi Seçki Komissiyasının bu gün keçirilən iclasında fevralın 9-da keçirilmiş Milli Məclisə seçkilərlə əlaqədar 34 saylı Xətai ikinci seçki dairəsindən deputatlığa namizədlər Səməd Rəhimli və digərlərinin müraciətinə baxılıb. Orman.az bildirir ki, məsələ ilə bağlı MSK üzvü İlkin Şahbazov məlumat verib. MSK üzvü bildirib ki, müraciət edən şəxslər həmin dairə üzrə məntqələrdə qanun pozuntularının olduğunu bildiriblər: “Şikayətçilər 35 protokol təqdim ediblər. […]

Ardını oxu

“Məzahir Pənahovun bircə dəfə demokratlığı tutdu…”

“Yeni Müsavat” qəzetinin rəhbəri Rauf Arifoğlu namizəd olduğu dairənin nəticələrinin ləğvi ilə bağlı daha bir status yazıb. “Qafqazinfo” xəbər verir ki, R. Arifoğlu bildirib ki, ən azı 35 dairəni ləğv eləmək lazımdır: “Məlum səbəbdən, digər dairələrdəki seçki proseslərini izləyə bilməmişdim. İki gündür, ortada olan videolara baxıb, təhlil edirəm. Belə anladım ki, seçki adına əsl yarış, seçki günü ən düzgün prosedurlar […]

Ardını oxu

İlham Əliyev Paşinyanı məsxərəyə qoydu

Azərbaycan Prezidenti İlham Əliyev Münhen Təhlükəsizlik Konfransı çərçivəsində Dağlıq Qarabağ münaqişəsi ilə bağlı keçirilən debatda Ermənistanın Baş naziri Nikol Paşinyanı məsxərəyə qoyub. Oxu.Az-ın məlumatına N.Paşinyan bildirib ki, Tiqranın zamanında regionda iki dövlət olub – Ermənistan və Gürcüstan. İlham Əliyev isə onun bu fikrinə ironiya ilə yanaşıb və gülüşlə qarşılayıb. Prezident ironiya ilə Paşinyana “Ermənistan və Ermənistan” deyərək onu lağa qoyub.

Ardını oxu

Prezident debatda Paşinyana tarixi xatırlatdı

“Biz ilk növbədə ona diqqət etməliyik ki, Dağlıq Qarabağ münaqişəsi necə həll olunmalıdır. Buna görə də tarixə baxmaq lazımdır”.   Oxu.Az-ın məlumatına görə, bunu Azərbaycan Prezidenti İlham Əliyev Almaniyada Münhen Təhlükəsizlik Konfransında Dağlıq Qarabağ münaqişəsi ilə bağlı Ermənistanın Baş naziri Nikol Paşinyanla keçirilən debatda deyib.   Prezident bildirib ki, Qarabağ Azərbaycanın tarixi və əzəli torpağıdır. Ölkə başçısı qeyd edib ki, beynəlxalq aləmdə də […]

Ardını oxu