Siqaretin qiyməti qalxdı: Mağazalar “limit”lə satır

Manşet SON XƏBƏRLƏR
Loading...

Bəzi köşklər siqaretin qiymətini bahalaşdırıb. 

Yenisabah.az xəbər verir ki, həmin köşklər qiyməti 2 manata qədər olan siqaretləri 10 qəpik, 2 manatdan yuxarı  olanları isə 20 qəpik baha satır. 

Bir sıra satış nöqtələrində isə siqaret əvvəlki qiymətə olsa da, “limit”lə satılır. Belə ki, alıcılara 2 qutudan artıq  verilmir. Apardığımız araşdırma zamanı bəlli olub ki, bu, siqaretlərin yaxın günlərdə bahalaşacağı barədə xəbərlərlə əlaqədardır. Həmçinin, topdansatış məntəqələri də pərakəndə satış obyektləri üçün limit tətbiq edib. 

Xəbərin olsun:  Jurnalistlərin binası ilə bağlı araşdırma başladı

Загрузка...