Silahlı insidentlə bağlı bir nəfər saxlanılıb

flash Hadisə
Loading...

Mingəçevir Şəhər Polis Şöbəsinə şəhər sakini Ziyad Mirzəyevin güllə yarası alması barədə məlumat daxil olub.

Orman.az xəbər verir ki, DİN mətbuat xidmətinin Şəki regional qrupundan verilən məlumata görə, Şəhər Polis Şöbəsi və Prokurorluğunun birgə keçirdikləri istintaq, əməliyyat-axtarış tədbirləri nəticəsində Z.Mirzəyevə atəş açan şəxsin tanışı, Ağdam rayon sakini Elsevər Quliyev olduğu müəyyən edilib. O, şübhəli şəxs qismində saxlanılıb.

E.Quliyevin Z.Mirzəyevə aralarında yaranmış şəxsi münasibətlər zəminində ov tüfəngindən atəş açması müəyyən olunub.

Faktla bağlı şəhər prokurorluğu tərəfindən araşdırma aparılır.

Загрузка...