“Silahlar işə düşəcək” – TRAMP TƏHDİD ETDİ

Dünya
Loading...

Hurriyyet.org xəbər verir ki, ABŞ prezidenti Donald Tramp Minneapolis ştatında baş vermiş nümayişlərlə əlaqədar ştatın qubernatoruna və etirazçılara sərt xəbərdarlıq edib.

Qaradərili amerikalı Corc Floydun polis özbaşınalığı nəticəsində öldürülməsindən sonra Minnesotada başlayan  nümayişlərin üçüncü günündə bir polis mərkəzinin atəşə tutulmasından və bəzi ofislərin qarət edilməsindən sonra ABŞ prezidenti “Tvitter”də belə bir açıqlama verib: “Rahatlıqla kresloda oturub Amerikanın möhtəşəm şəhəri olan Minneapolisdə baş verənlərə  baxa bilmərəm. Ya çox zəif olan radikal solçu qubernator Cakob Frey tez bir zamanda şəhəri nəzarət altına alar,  ya da mən milli qvardiyaçıları göndərib işimi həll edərəm”.

Xəbərin olsun:  Ermənistanın yaxın aylarda ölkədaxili sosial partlayışla üzləşə biləcəyi istisna deyil - TƏHLİL

“Belələri Corc Floydun xatirəsini ləkələyir və mən bunun olmasına imkan verməyəcəyəm. Bir qədər əvvəl Minnesotanın valisi Tim Voltz ilə danışdım və ordunun lazım gəldiyi zaman hərəkətə keçə bildiyini söylədi. Hər hansı bir çətinlikdə nəzarəti təmin edəcəyik, lakin qarət başlanan zaman silahlar işə düşəcək”.

Загрузка...