Sevda Yahyayeva efirlərdən danışdı: “Mənə hörmət edilməyəcəyini hiss etsəm…” – VIDEO

şou-biznes
Loading...

Müğənni Sevda Yahyayeva 2019-cu il ilə bağlı planlarından danışıb.

Musavat.com saytına açıqlama verən ifaçı deyib ki, yeni mahnılar üzərində çalışsa da, konsert vermək barədə düşünmür: “Yeni mahnılar üzərində çalışıram, birini remix formada təqdim edəcəyəm. Bundan başqa bir neçə duet ideyası var. Tərəf müqabilim reper də ola bilər. Hələ ki, mahnı axtarıram. İndi solo ifalara üstünlük verirəm. Klip də çəkdirəcəyəm. Amma bu il konsert vermək haqqında düşünmürəm. Mən işimə məsuliyyətli yanaşıram. Ona görə də bu il konsert verməyim gözlənilmir. 2019-cu il şou aləmi üçün yaxşı başladı. İnşallah davamlı olar. Bütün müğənnilər işləyir, mən də həvəslənirəm. Kaş, hamı işləsin”.

İfaçı məşhur simaların televiziyalardan narazılığına da toxunub: “Sağ olsunlar, tez-tez məni efirə dəvət edirlər. Özümü gördüyüm verilişlərə qonaq oluram. Oradakı özümü görmürəm, imtina edirəm. Seçiciyəm. Çox şükür ki, efirdə çıxılmaz vəziyyətdə qalmamışam. Mənə hörmət edilməyəcəyini düşündüyüm verilişə qatılmıram”.

Загрузка...