Seçkilə bağlı Rusiyadan böyük nümayəndə heyəti gələcək – RƏSMİ

Manşet SON XƏBƏRLƏR
Loading...

Fevralın 9-da keçiriləcək növbədənkənar parlament seçkilərini müşahidə etmək üçün Rusiyadan olan böyük nümayəndə heyəti Azərbaycana səfər edəcək.
Bu barədə APA -nın Moskva müxbirinə açıqlamasında Rusiya Dövlət Dumasının beynəlxalq məsələlər komitəsinin sədri Leonid Slutski bildirib.
Onun sözlərinə görə, nümayəndə heyətinə Rusiya Federasiya Şurasının üzvləri və Dövlət Dumasının deputatları daxildir: “Bundan başqa, Rusiya daxil olduğu bir sıra beynəlxalq strukturların, o cümlədən Avropa Şurası Parlament Assambleyasının və digər təşkilatların tərkibində də seçkiləri müşahidə edəcək. Mən dəfələrlə Azərbaycanda həm prezident, həm də Milli Məclisə keçirilən seçkiləri müşahidə etmişəm. Əminəm ki, bu seçkilər də ədalətli keçiriləcək”.

İki ölkə arasında münasibətlərdən danışan rusiyalı parlamentari Rusiya-Azərbaycan əlaqələrinin nümunəvi olduğunu da qeyd edib.

Xəbərin olsun:  “İlk dəfə idi ki, Azərbaycan prezidenti Rusiya liderinə bu cür iradlar səsləndirib...” - GƏLİŞMƏ

Загрузка...