Şamaxıdakı zəlzələ anının real görüntüləri – QORXULU VİDEO

Hadisə Manşet qəza SON XƏBƏRLƏR
Loading...

Ötən gecə Şamaxıda baş vermiş zəlzələdən görüntülər yayılıb.

Orman.Az Trend-ə istinadən xəbər verir ki, görüntülər Şamaxı şəhərində qeydə alınıb. Mağazalardan birinin müşahidə kameralarına düşən görüntülərdə rayon sakinlərinin təşviş içərisində oranı tərk etməsi görünür.

Kadrlardan görünür ki, sözügedən mağazaya xeyli miqdarda ziyan dəyib. Rəflərdə olan ərzaq və içkilər yerə dağılaraq yararsız hala düşüblər.

Xəbərin olsun:  Prezident onlara fəxri adlar verdi - SİYAHI

Qeyd edək ki, Rayon İcra Hakimiyyəti başçısının müavini Gülnisə Ələkbərova isə bildirib ki, Şamaxı rayonunda baş verən zəlzələ nəticəsində 14 kəndə ziyan dəyib.

Xatırladaq ki, dünəndən indiyədək 5 zəlzələ qeydə alınlıb. İlkin zəlzələ yerli vaxtla 23.19-da Pirqulu stansiyasından 7 km cənubda Ağsu ərazisində 4,4 bal gücündə zəlzələ qeydə alınıb. Yeraltı təkanların ocağı 10 km dərinlikdə yerləşib. Həmin zəlzələ episentrdə 5 bala yaxın, ətraf rayonlarda 4,3 bala qədər hiss olunub. Sonuncu zəlzələ isə saat 04.25-də Pirqulu stansiyasından 9 km cənub-qərbdə İsmayıllı ərazisində zəlzələ qeydə alınıb. Həmin zəlzələlərin 3-ü hiss edilən olub. Sonuncu iki zəlzələ isə hiss edilməyib.

Xəbərin olsun:  Şadlıq evləri toy mövsümünə hazırlaşır
Загрузка...