Sahara səhrasının əsrarəngiz təbiəti və berberlər… – FOTOLAR

Manşet Məlumat Sosial
Loading...

Sahara səhrasında dan yeri ağarır. Dəvənin belində yeni bir gün başlayır. Nomad – səhra köçərisi yola düzəlir. O bir berberdir. Berberler şimali Afrikada yaşayan yerli etnik qrupdur. Onlar özlərini amaziq adlandırır. Güman edilir ki, amaziq “azad insan” və ya “mərd insan” deməkdir.

Səhər saat 6-dır və yerli berber sərt soyuqdan qorunmaq üçün dəvəsinə söykənib. O səhər, Sahara – Böyük Səhra mənə Mars planetini xatırlatmışdı. Boş, soyuq və təcrid olunmuş…Mən səhranı məhz buna görə sevirəm. Dünyanın ən böyük tropik səhrası olan Saharada qar nadir hal olsa da, gecələr çox soyuq düşə bilir.

Saharada kiçik berber karvanı. Berberlər və ya amaziqlər ərəblər Yaxın Şərqdən Afrikanın şimalına yayıldıqdan sora etnik azlığa çevrildilər. Onlar əsasən Afrikanın şimalındakı bir çox ölkələrdə, o cümlədən səfər etdiyim Mərakeşdə yaşayırlar. Əsasən müsəlman olan bərbərlərin İslam dinini qəbul etməsinin 12-ci əsrədək davam etdiyi deyilir.

Xəbərin olsun:  MİDA-nın sosial evlərinə nə əlimiz çatır, nə ünümüz yetir... - AKTUAL

Böyük Səhranın ucsuz-bucaqsız ənginliyi və heyrətamiz mənzərəsi insanı valeh edir. Ətrafda ruhu doyduran bir sakitlik hökm sürür.

Mərakeş bazarında gözqamaşdırıcı rənglər. Şimali Afrikanın ucqar hissələrində bütün ticarət suq adlandırdıqları bazarda həyata keçirilir. Suqlara demək olar ki, bütün tayfaların ərazisində rast gəlmək olar.

Böyük səhranın da öz modası var. Rəngarəng berber geyiminə tagelmus deyirlər. Berber tayfalarının çoxunda tayfa başçısı kişidir. Evlənərkən, qadını kişi seçir, evlilik qərarı isə, oğlanın ailəsinin hansı tayfaya mənsub olmasını nəzərə alaraq, qızın ailəsi tərəfindən verilir.

Xəbərin olsun:  Türkiyənin müdafiə naziri və Baş qərargah rəisi Azərbaycana gəlir

Mərakeşin harasında olursan ol, Atlas dağları səndən uzaqda deyil. Atlas dağlarının kəndlərində də berberlər yaşayır və onlara, “Kabile” (qəbilə) deyirlər. Bu, çox əvvəllər berberlərə verilmiş addır. İndi bu termindən çox az yerdə istifadə olunur.

Berber karvanı yoluna, Böyük Səhrada həyat isə axarına davam edir.

Gün sona çatır, axşam erkən düşür. Berberlər və onların karvanları ulduzların altında səfərə hazırdır. Səhrada berberlərin həyatı, dağlarda yaşayanlardan fərqlidir. Onlar köçəridir və daim hərəkətdədir. Onlar üçün sərhəd anlayışı yoxdur. Köçərilərin həyatı açıq və ucsuz-bucaqsız səmanın altında dəvələrilə birlikdə keçir. Onların saatı günəş, ay və ulduzlardır.

BBC

Загрузка...