Dünyada 1,2 milyondan çox insan koronavirusdan sağaldı

Dünyada 3 646 225 nəfər koronavirusa yoluxub. Bu barədə Oxu.Az-ın onlayn statistikasında məlumat verilir. Virusdan 252 408 nəfər ölüb, 1 200 203 nəfər isə sağalıb. Qitələr arasında koronavirusa ən çox yoluxma (1 469 911), ölüm (142 143) və sağalma (557 265) Avropada müşahidə edilir. Azərbaycanın həmsərhəd olduğu Rusiyada koronavirusa 145 268 yoluxma, 1 356 ölüm, 18 095 sağalma, Türkiyədə 127 659 yoluxma, 3 […]

Ardını oxu

Türkiyədə koronavirusdan ölənlərin və yoluxanların sayı artıb

Türkiyədə koronavirusa yoluxanların sayında artım olub. Orman.Az xəbər verir ki, bu barədə ölkənin Səhiyyə naziri Fahrettin Koca açıqlama verib. Nazir “Twitter” səhifəsindən verdiyi açıqlamada bildirib ki, son bir gündə 64 nəfər koronavirusun qurbanı olub. Bundan əlavə, ölkədə virusa daha 1 614 yoluxma qeydə alınıb. Yoluxmuş 5 015 nəfər isə sağalaraq evə buraxılıb. 

Ardını oxu

BƏƏ-də koronavirusdan yeni müalicə metodu yoxlanılır

Birləşmiş Ərəb Əmirliklərində (BƏƏ) koronavirusa yoluxan xəstələri kök hüceyrələri vasitəsi ilə müalicə etməyə başlayıblar. “RİA Novosti” xəbər verir ki, xəstəliyə yoluxanların bədənindən götürülən kök hüceyrələri aktivləşdirildikdən sonra yenidən onların bədəninə nəql edilir. Məlumata əsasən, alınan maddəni qəbul edən xəstələr koronavirusdan sağalıblar. Xəstələr hansısa yan təsirlərdən şikayət etməyiblər.

Ardını oxu

Azərbaycanda daha 40 nəfərdə koronavirus aşkarlandı – RƏSMİ

Azərbaycan Respublikasında 40 yeni koronavirus infeksiyasına yoluxma faktı qeydə alınıb.Bununla bağlı Nazirlər Kabineti yanında operativ qərargah məlumat yayıb.  Hazırkı dövrədək ölkəmizdə 1894 nəfərin koronavirus infeksiyasına yoluxması faktı müəyyən edilib, onlardan 1411 nəfər müalicə olunaraq sağalıb, 25 nəfər vəfat edib, 458 nəfərin xüsusi rejimli xəstəxanalarda müalicəsi davam etdirilir. Həmin şəxslərdən 14 nəfərin vəziyyəti ağır, 23 nəfərin vəziyyəti orta ağır qiymətləndirilir, digərlərinin […]

Ardını oxu

Azərbaycanda daha 39 nəfər koronavirusa yoluxub, 59 nəfər sağalıb

Azərbaycan Respublikasında 39 yeni koronavirus infeksiyasına yoluxma faktı qeydə alınıb, 59 nəfər müalicə olunaraq sağalıb və evə buraxılıb. Bu barədə “Report”a Nazirlər Kabineti yanında Operativ Qərargahdan məlumat verilib. Hazırkı dövrədək ölkəmizdə 1717 nəfərin koronavirus infeksiyasına yoluxması faktı müəyyən edilib, onlardan 1221 nəfər müalicə olunaraq sağalıb, 22 nəfər vəfat edib, 474 nəfərin xüsusi rejimli xəstəxanalarda müalicəsi davam etdirilir.  Həmin şəxslərdən 15 […]

Ardını oxu

Koronavirusla bağlı son STATİSTİKA

Dünyada 2 995 043 nəfər koronavirusa yoluxub. Bu barədə Oxu.Az-ın onlayn statistikasında qeyd edilir. Virusdan 207 000 nəfər ölüb, 878 972 nəfər sağalıb. Ən çox yoluxma (1 276 819) və ölüm halı (121 885) Avropa qitəsində müşahidə olunur. Ölkələr arasında ən çox yoluxmaya ABŞ (987 322), İspaniya (226 629) və İtaliyada (197 675) rast gəlinir. Yoluxma sayına görə ilk onluqda qalan Türkiyədə bu […]

Ardını oxu

Son günlər Azərbaycanda koronavirusa daha çox bu şəxslər yoluxurlar – RƏSMİ

Azərbaycanda son günlər ərzində yalnız xəstələrlə təmasda olan insanlar arasında koronavirusa yoluxma halı aşkarlanır.Modern.az-ın məlumatına görə, bunu Səhiyyə Nazirliyinin Respublika Gigiyena və Epidemiologiya Mərkəzinin (RGEM) direktor müavini Afaq Əliyeva deyib.Onun sözlərinə görə, son günlər ərzində ölkədə koronavirusa yoluxma halları azalır. A.Əliyeva mayın 4-dək xüsusi karantin rejiminin olduğunu xatırladaraq qaydalara əməl edilməsini olduqca vacib sayıb: “Əsas məsələ odur ki, insanlar tibbi maskalardan istifadə […]

Ardını oxu

Onlar indi dərman əvəzinə xəstəlik “satır”, biz də öz istəyimizlə alırıq – Diqqət!

Koronavirus pandemiyası ilə əlaqədar dünyanın əksər ölkələrində olduğu kimi, Azərbaycanda da karantin vəziyyəti elan olunsa da, insanlara zəruri tələbatları üçün evdən çıxmağa icazə verilir. Bu zaman, təbii ki, heç kəs gedəcəyi məkanda koronavirusun yeni yayılmış növünə (SARS-CoV-2) yoluxmaq riskindən sığortalanmayıb. Alimlər insanların koronavirusa yoluxma ehtimalı daha yüksək olan yerlərin adını açıqlayıblar. Rusiyalı həkim-otorinolarinqoloq, tibb elmləri namizədi Vladimir Zaytsev belə məkanları […]

Ardını oxu

Azərbaycanda 57 nəfərdə koronavirusa yoluxma aşkarlanıb – 68 nəfər sağalıb

Azərbaycan Respublikasında 57 yeni koronavirus infeksiyasına yoluxma faktı qeydə alınıb, 68 nəfər müalicə olunaraq sağalıb və evə buraxılıb. Oxu.Az xəbər verir ki, bu barədə Nazirlər Kabineti yanında Operativ Qərargah məlumat yayıb. Qeyd edilib ki, hazırkı dövrədək ölkəmizdə 1340 nəfərin koronavirus infeksiyasına yoluxması faktı müəyyən edilib, onlardan 528 nəfəri müalicə olunaraq sağalıb, 15 nəfər vəfat edib, 797 nəfərin xüsusi rejimli xəstəxanalarda müalicəsi […]

Ardını oxu

Azərbaycanad daha 30 nəfər koronavirusa yoluxub, 56 nəfər sağalıb, iki nəfər vəfat edib

Azərbaycan Respublikasında 30 yeni koronavirus infeksiyasına yoluxma faktı qeydə alınmış, 56 nəfər müalicə olunaraq sağalmış və evə buraxılmışdır. Azərbaycan Respublikası Nazirlər Kabineti yanında Operativ QərargahdanAPA-ya verilən məlumata görə, COVID-19 üçün götürülən analiz nümunələri müsbət çıxmış 2 nəfər vəfat etmişdir. Onlardan 1946-cı il təvəllüdlü şəxsin xronik ürək çatışmazlığı, 1961-cı il təvəllüdlü digər şəxsin isə limfoleykoz xəstəliyi olmuşdur. Hazırkı dövrədək ölkəmizdə 1283 […]

Ardını oxu

1,5 metr məsafə də təhlükəli çıxdı:Bundan sonra bir-birimizdən daha aralı dayanacağıq? – YENİ ARAŞDIRMA

Koronavirusun yayılmaması üçün bütün ölkələrdə 1,5 metr sosial məsafə saxlanılmasına dair qaydalar qüvvədə olsa da, ekspertlərin son rəyi bu məsələyə yenidən baxılmasını mümkün edir. Cebhe.info xəbər verir ki, bu barədə “The Daily Mail” yazıb. Nəşrin yazdığına görə, çinli mütəxəssislər virusun 1,5 metrdən yox, hətta 4metrdən də yoluxdurmaya qadir olduğunu açıqlayıb. Ekspertlər COVİD-19-un yayılma arealına dair apardıqları araşdırma sonunda bu nəticəyə […]

Ardını oxu

Naxçıvanda 71 nəfərdə koronavirus aşkarlandı: Ölən var

“Ölkəmizdə tətbiq olunan karantin rejiminə uyğun olaraq 1915 nəfər Naxçıvan Muxtar Respublikasında nəzarətdə saxlanılır. Onlardan 229-u ölkəmizin digər bölgələrindən olan və muxtar respublikaya gələn şəxslərdir”. Nuhcixan.az xəbər verir ki, bu barədə Naxçıvan Muxtar Respublikası Səhiyyə Nazirliyi məlumat yayıb. Qeyd olunub ki, bu günə qədər 880 şübhəli şəxsdə test yoxlamaları aparılıb: “Təkrar test yoxlamalarının nəticələrinə əsasən, 71 nəfərdə koronavirus (COVID-19) infeksiyasına […]

Ardını oxu

Şəhər sakinlərinin etibarını və rəğbətini lazımi vaxtda qazanan xidmət – aptekonline.az!

Ölkə əhalisinin çətin günlərində, hər kəsə asan və rahat bir xidmət təqdim edən aptekonline.az sürətlə bütün müştərilərinin rəğbətini və etibarını qazanmaqdadır. Gigiyenik, kosmetoloji və tibb vasitələri, həmçinin dərman və dezinfeksiya vasitələrini onlayn şəkildə mobil tətbiq üzərindən sifariş edən istifadəçilər, “aptekonline”nın ünvana çatdırılma xidməti vasitəsilə sifarişlərini birbaşa evdən çıxmadan, öz ünvanlarında təhvil alırlar. Xidmətin başqa bir üstünlüyü isə onlayn ödəniş sisteminin […]

Ardını oxu

Daha 104 nəfərdə virus aşkarlandı, 1 nəfər öldü – Operativ Qərargah

Azərbaycan Respublikasında 104 yeni koronavirus (COVID-19) infeksiyasına yoluxma faktı qeydə alınmış, həmin şəxslər xüsusi rejimli xəstəxanalara yerləşdirilmişdir. Azərbaycan Respublikası Nazirlər Kabineti yanında Operativ Qərargahdan Teleqraf.com-a verilən məlumata görə, koronavirus (COVID-19) üçün götürülən analiz nümunələri müsbət çıxmış 1949-cu il təvəllüdlü, şəkərli diabet və xərçəng xəstəsi olan vətəndaşın səhhətinin stabilləşdirilməsi ilə bağlı aparılan reanimasiya tədbirləri nəticə verməmiş və pasiyent vəfat etmişdir. Onun ailə […]

Ardını oxu

Azərbaycanda daha 105 nəfərdə koronavirus aşkarlanıb

“Ötən bir həftə ərzində pozitiv və neqativ hallar baş verib” Bugünkü brifinqdə də bu barədə məlumat verəcəyik”. Metbuat.az xəbər verir ki, bunu Nazirlər Kabinetinin mətbuat xidmətinin rəhbəri İbrahim Məmmədov brifinqdə çıxışı zamanı deyib. O bildirib ki, yoluxmalarla bağlı proztiv məlumatlar azdır: “Bu gün ölkədə 105 yoluxma faktı qeydə alınıb”. Metbuat.az

Ardını oxu

Azərbaycanda həkimlərin səfərbərliyi elan edilə bilərmi? – AÇIQLAMA

Bu günə qədər Azərbaycanda 717 nəfərin koronavirusa yoluxması faktı müəyyən edilib. Onlardan 44 nəfəri müalicə olunaraq sağalıb. 665 nəfərin isə xüsusi rejimli xəstəxanalarda müalicəsi davam etdirilir. ORMAN.Az xəbər verir ki, mövcud vəziyyətlə əlaqədar ölkə ərazisində aprelin 20-nə qədər gücləndirilmiş karantin rejimi tətbiq olunur. Zəruri hallarda bir sıra nazirlik və qurumlar, xüsusilə səhiyyə sistemində, hüquq-mühafizə orqanlarında çalışan şəxslər gücləndirilmiş iş rejimində […]

Ardını oxu

COVID-19 virusunun müalicəsində ümidləri doğrulda biləcək dərman – ELMİ TƏHLİL

Almaniyada çalışan azərbaycanlı elmi işçi qrup COVID-19 virusunun müalicəsi ilə bağlı son elmi yenilikləri özündə əks etdirən təhlil yazısı hazırlayıb. “Report”Almaniya-Azərbaycan Radioloji və Neyroradioloji Cəmiyyətinin sədri, Köln Universiteti Klinikasının tibb elmləri doktoru Nuran Abdullayev, Wiesbaden klinikasının həkim radioloqu Orxan Səfərov və Siegburg klinikasının Ağciyər xəstəlikləri və süni tənəffüs şöbəsinin həkim mütəxəssisi Elvin Hüseynovun hazırladığı yazını təqdim edir: Hər kəsə məlumdur ki, COVID-19 virusu yeni […]

Ardını oxu

ŞAD XƏBƏR! CORONOVIRUSUN DƏRMANI TAPILDI!

Avstraliyada IVERMECTIN adlı anti-parazit (Təbiətin qəribə paradoksuna baxın) dərmanı 48 saat içində COVID19-u öldürdüyü sübut olundu. Ən qısa bir zamanda klinik çalışmaları bitirib insanlığı böyük bir bəladan xilas edəcək bu dərman. Bu barədə Ürək və Damar xəstəlikləri Uzmanı Prof.Dr. Bengi Başerin sosial mediaya bəyan edib. Bu gecə rahat yataq, amma mütləq “Evdə qalaq”. Çünki bu və ya digər çarələr gəlib […]

Ardını oxu

İmmuniteti gücləndirən qidalar – SİYAHI

Orqanizmin bakteriya və viruslara, eləcə də COVID-19 xəstəliyinə qarşı davamlı olması üçün immun sisteminin güclü olması olduqca vacibdir. Güclü immun sistemi hüceyrələri, orqanizmə daxil olan mikroorqanizmləri asanlıqla fərqləndirir və dərhal müvafiq cavab reaksiyası formalaşdıraraq onları məhv edir. Araşdırmalar göstərir ki, immunitet sisteminin güclü olması əhəmiyyətli dərəcədə qida rasionundakı makro və mikro elementlərin normasından, eləcə də bağırsaq florasının funksiyasından asılıdır. Belə […]

Ardını oxu

Azərbaycanlı professor koronavirusun bitəcəyi tarixi AÇIQLADI

Koronavirus epidemiyası bütün dünyada can almaqda və yoluxanları hədəfə almaqda davam edir. İndi dünyanın diqqəti bu virusdan yaxa qurtarmağa yönəlib. Bununla bağlı tibb eksperti Adil Qeybulla SONXEBER.AZ-a danışıb. Professor hazırda ölkəmizdə yayılan epidemiyanın aprel ayında pik dövrdə olacağını açıqlyıb: “Aprel ayında ölkəmizdə xəstəliyin pik həddi olacaq. Yoluxan adamlar, onların yoluxdurduğu adamları nəzərə alsaq, aprel ayında virusun pik dövrünə təsadüf edəcəyimizi deməyə […]

Ardını oxu

“Xəstələrin sayı artsa… ” – TƏBİB rəsmisi

Əgər ölkədə koronavirus xəstələrinin sayında ciddi artım olsa, pasiyentlər beynəlxalq təcrübəyə əsasən ev şəraitində müalicə oluna bilər”. Bunu TƏBİB-in Xəstəliklərin kontrolu və profilaktikası şöbəsinin müdiri Yaqut Qarayeva brifinqdə çıxışı zamanı deyib.Onun sözlərinə görə, istər Bakıda, istərsə də bölgələrdə karantin müəssisələri var:“Eyni zamanda yeni açılan klinika da koronavirus xəstələrinin yerləşdirilməsi üçün gözəl imkandır”.

Ardını oxu

Azərbaycanda 41 yeni yoluxma – RƏSMİ

“Bu saata koronavirusa 41 yeni yoluxma qeydə alınıb”.Bunu Operativ Qərargahın mətbuat konfransında Nazirlər Kabinetinin mətbuat xidmətinin rəhbəri İbrahim Məmmədov bildirib. O, həmin şəxslərdən 8-nin vəziyyətinin ağır, 11-nin vəziyyəti orta ağır, qalanlarının vəziyyətinin stabil olduğunu deyib. İ. Məmmədov gün ərzində rəqəmlərin dəyişə biləcəyini də bildirib.

Ardını oxu

Koronavirusla bağlı ŞAD XƏBƏR

Alimlər koronavirusun mutasiya dərəcəsini araşdırıblar. “Daily Mail” xəbər verir ki, onlar koronavirusun qrip virusu ilə müqayisədə, 8-10 dəfə daha gec mutasiyaya uğradığı qənaətinə gəliblər. Bu da virusa qarşı bir sıra ölkələrdə hazırlanan peyvəndin insanları uzun illər COVID-19-dan qorumasına imkan yaradacaq. Mütəxəssislər müəyyən ediblər ki, koronavirusun simptomları və xəstəliyin ağırlığı yoluxan şəxsin immunitet sistemindən asılıdır.

Ardını oxu

Bakıda dezinfeksiyaedici tədbirlər daha da gücləndirilib – FOTO

Koronavirus (COVİD – 19) infeksiyasının Azərbaycan ərazisində yarada biləcəyi təhlükənin qarşısının alınması məqsədilə təxirəsalınmaz tədbirlər davam etdirilir. APA-nın məlumatına görə, paytaxtda bu xəstəliyə yoluxma hallarına yol verilməməsi və onun qarşısının alınması, bu sahədə aparılan müvafiq profilaktik tədbirlərin effektivliyinin yüksəldilməsi məqsədilə paytaxtın kommunal xidmətlərinin kollektivləri xüsusi gücləndirilmiş iş rejiminə keçərək Nazirlər Kabineti yanında Operativ Qərargahın sərəncam və tövsiyələrinə uyğun olaraq dezinfeksiya […]

Ardını oxu