Sabahın havası: Duman, külək

Məlumat
Loading...

Sabaha olan hava proqnozu açıqlanıb.

Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Milli Hidrometeorologiya Departamentindən verilən məlumata görə, Bakıda və Abşeron yarımadasında yanvarın 14-də havanın dəyişkən buludlu olacağı, arabir tutulacağı, yağmursuz keçəcəyi gözlənilir. 

Səhər saatlarında bəzi yerlərdə duman olacaq. Şimal küləyi əsəcək.

Havanın temperaturu Abşeron yarımadasında gecə 2-4, gündüz 7-11, Bakıda gecə 2-4, gündüz 8-10 dərəcə isti olacaq.

Xəbərin olsun:  Məşhur Məmmədovun 70 saylı Masallı seçki dairəsi üzrə namizədliyi ilə bağlı ziyalılar öz fikirlərini bölüşür. Masallının ən dəyərli müəllimlərindən olan Hüseyn müəllimə səmimi və xoş sözlərinə görə təşəkkür edirik!

Atmosfer təzyiqi normadan yüksək – 770 mm civə sütunundan 774 mm civə sütununa yüksələcək, nisbi rütubət gecə 70-80, gündüz 50-55 faiz təşkil edəcək.

Tibbi-meteoroloji proqnoza əsasən, Abşeron yarımadasında meteoroloji amillərin zəif tərəddüdü və iqlim normasına yaxın temperatur rejimi gözlənilir ki, bu da meteohəssas insanlar üçün əlverişlidir.

Azərbaycanın rayonlarında yanvarın 14-də hava yağmursuz keçəcək. Ayrı-ayrı yerlərdə duman olacaq. Qərb küləyi əsəcək.

Xəbərin olsun:  Ən az və ən çox namizəd olan dairələr - SİYAHI

Havanın temperaturu gecə 3 dərəcə şaxtadan 2 dərəcəyədək isti, gündüz 7-12dərəcə isti, dağlarda gecə 1-6, yüksək dağlıq ərazilərdə 10-15 dərəcə şaxta, gündüz 0-5 dərəcə isti olacaq.

Загрузка...