Sabahdan avtomobillə sərnişindaşıma qadağan olunur – RƏSMİ

Manşet SON XƏBƏRLƏR Sosial
Loading...

“Ölkə ərazisində elan edilən xüsusi karantin rejiminin gücləndirilməsi ilə bağlı aprelin 5-dən hərəkətinə icazə verilən şəxslərin şəxsi avtomobili ilə sərnişin daşıması qadağan olunacaq”.

Bunu “Report”a açıqlamasında Baş Dövlət Yol Polisi İdarəsinin İctimaiyyətlə əlaqələr şöbəsinin rəisi, polis polkovniki Kamran Əliyev deyib.

Onun sözlərinə görə, icazəsi olan şəxs avtomobilində çölə çıxmağa icazəsi olan digər şəxsi də apara bilər: “Lakin hərəkətinə icazə verilən şəxs yanında icazəsi olmayan şəxsi apara bilməz. Yəni onun ailə üzvü olsun, dostu olsun, bu, mümkün deyil. Mütləq həmin şəxslərin də icazəsi olmalıdır. İcazəsi olmayan şəxs evdən çıxdığı üçün cərimələnəcək”.

Загрузка...
Xəbərin olsun:  Ermənilər atəşkəs rejimini 23 dəfə pozdu