Sərkisyan: Ərdoğan Moskvaya “Qarabağ kartı” ilə gedir

Manşet SON XƏBƏRLƏR
Loading...

Türkiyə Rusiyaya təzyiq göstərmək üçün hansısa ağrılı nöqtələr tapmağa çalışır. Onun Qarabağ istiqamətində aktivliyi bu məqamla bağlıdır.

Axar.az xəbər verir ki, bunu “Sputnik Ermənistan”a açıqlamasında erməni politoloq Manvel Sərkisyan deyib.

Sərkisyan İdlib məsələsində guya Ərdoğana NATO-dan yalnız siyasi dəstəyin olduğunu və bunun üçün də Ərdoğanın Putinlə görüşə Qarabağ kartı ilə getdiyini iddia edib.

Xəbərin olsun:  Bu gündən ictimai nəqliyyatın hərəkətində dəyişiklik edilir - RƏSMİ

Qeyd edək ki, ötən gün Türkiyəyə gələn ABŞ nümayəndələri ən qısa müddətdə qardaş ölkəyə ən çox istifadə edilən silahlar çatdırılacağını bildirib. Eyni zamanda, Tramp NATO-nun cənub sərhədlərini qorumaq üçün “Patriot” sisteminin Türkiyəyə yerləşdirməsi ilə bağlı yaxın vaxtda qərar veriləcəyini açıqlayıb.

Bütün bunlar isə erməni siyasi elitasının əslində qara piar apardığını təsdiqləyir.

Загрузка...