Şəkidə canavar mal-qaranı bu hala saldı – FOTOLAR 18+

flash Hadisə SON XƏBƏRLƏR
Loading...

Şəkinin Aşağı Göynük kəndində canavarlar kənd sakinlərinin həyətlərinə girərək mal-qaraya hücum ediblər.

Orman.Az “Report”a istinadən xəbər verir ki, kənd sakini Rövşanə İlyasovaya məxsus həyətə girən canavar inəyi və onun balasını yaralayıb. Yırtıcı ailə üzvlərinin səs-küyündən sonra həyətdən qaçıb.

Canavarlar kənd sakini, Şahin İbrahimovun da təsərrüfatına ziyan vurub. Belə ki, canavarlar ona məxsus inəyi parçalayıb. Ş.İbrahimov inəyi canavarların hücumundan xilas etmək istəyərkən yırtıcılar ona da hücüm edib. Lakin ev sahibi qaçaraq xilas ola bilib.

Xəbərin olsun:  Qarabağda döyüşü dayandıran qəfil zəng: Ali baş komandan atəşkəsdən məlumatsız olub? - Ermənistanı qarışdıran sözlər

Sakinlərin sözlərinə görə, bu, canavarların Aşağı Göynük kəndində təsərrüfatlara ilk hücumu deyil. Yırtıcılar əvvəl də kənd sakinlərinin mal-qarasına bir neçə dəfə zərər vurub.

Qeyd edək ki, daha əvvəl Goranboyda da yırtıcılar mal-qaraya hücum edib.

Загрузка...