Səhiyyə Nazirliyinin 9 vəzifəli şəxsi dəyişdirildi – SİYAHI

Sağlamlıq SON XƏBƏRLƏR
Loading...

Səhiyyə Nazirliyinin baş mütəxəssislərinin siyahısında dəyişiklik edilib, 9 yeni təyinat olub.

Orman.Az ONA-ya istinadən xəbər verir ki, uşaq cərrahı Asim Uluxanovun yerinə K.Fərəcova adına Elmi Tədqiqat Pediatriya İnstitutunun uşaq cərrahiyyəsi şöbəsinin müdiri Gündüz Ağayev, baş anestezioloq-reanimatoloq Aydın Qədirovun yerinə Azərbaycan Tibb Universitetinin I daxili xəstəliklər və reanimatologiya kafedrasının dosenti İsmayıl Məhərrəmbəyli, baş kardioloq Faiq Quliyevin yerinə ATU-nun klinik farmakologiya kafedrasının əməkdaşı Yusif Nağıyev, baş ftiziatr Elcan Məmmədbəyovun yerinə 1 nömrəli Vərəm Dispanserinin baş həkimi Yavər Şixəliyev, baş psixiatr Gəray Gəraybəylinin yerinə Ə.Əliyev adına Azərbaycan Dövlət Həkimləri Təkmilləşdirmə İnstitutunun Psixatriya kafedrasının müdiri, professor Teymur Qafarov təyin ediliblər.

Xəbərin olsun:  Səhər yeməyi qadağan olmalıdır? - Məşhur professordan ÇAĞIRIŞ

Eyni zamanda baş uroloq Fikrət Qədiməliyevin yerinə M.Cavadzadə adına Respublika Klinik Uroloji Xəstəxanasının baş həkim müavini Xəqani Hüseynov, baş travmatoloq Vaqif Verdiyevin yerinə Elmi-Tədqiqat Travmatologiya və Ortopediya İnstitutunun direktoru İlqar Qasımov, baş dermatoveneroloq Zülfüqar Fərəcovun yerinə ATU-nun Dermatovenerologiya kafedrasının professoru Fərid Mahmudov, baş stomatoloq Kamran Aslanovun yerinə isə ATU-nun Ortopedik stomatologiya kafedrasının müdiri, professor Nazim Pənahov təyin olunublar.

Xəbərin olsun:  Ramzan Kadırov vəzifəsindən getdi
Загрузка...