Səhiyyə Nazirliyi abort zamanı ölən qadınla bağlı MƏLUMAT yaydı

Sağlamlıq SON XƏBƏRLƏR
Loading...

öyçay rayon Qaraməryəm kəndində müvəqqəti məskunlaşmış Əliyeva Nurlanə Əlişirin qızı (1990 cı il tvəllüdlü) Göycay MRX-na qanaxma ilə müraciət edib.

Səhiyyə Nazirliyinin mətbuat xidmətindən Orman.Az-a verilən məlumatda bildirilib.

Qeyd edilib ki, güclü qanaxmanın qarşısını almaq məqsədi ilə hamiləliyin süni dayandırılması qərarı verilib:

“Xəstəxanadan verilən məlumata görə süni müdaxilə zamanı xəstə dünyasını dəyişib.

Xəbərin olsun:  Metronun fəaliyyətinin bərpası ilə bağlı AÇIQLAMA

Hazırda Səhiyyə Nazirliyinin Ölüm Hallarını Araşdıran Komissiyası və Səhiyyə Nazirliyinin Məhkəmə Tibbi Ekspertizası və Patoloji Anatomiya Birliyi, habelə, Göycay Rayon prokurorluğu hadisəni araşdırır”.

Rəsmi məlumata görə, ölümün dəqiq səbəbi haqqında məlumat istintaq araşdırmaları başa çatdıqdan sonra müəyyənləşəcək və ictimaiyyətə açıqlama veriləcək. Qeyd edək ki, Əliyeva Nurlanə bu günə kimi 4 hamiləlikdən 3 keysəriyyə kəsiyi əməliyyatı keçirib.

Загрузка...