Şəhid övladlarına və hərbçilərə pulsuz, tələbələrə 50 % endirim – Qəhrəman marşrut sürücüsünü siz də tanıyın – FOTO

İctimai Manşet SON XƏBƏRLƏR
Loading...


Bakı-Astara xətti üzrə işləyən Şahlar Hüseynov hamı üçün nümunə ola biləcək addım atıb.

Orman.Az xəbər verir ki, o, şəxsi sərnişin maşınında Bakı-Astara xətti üzrə fəaliyyət göstərir. Sürücü şəhid övladlarına və hərbçilərə pulsuz, tələbələrə isə 50 faiz endirimlə xidmət göstərməsilə bağlı elan verib.
Şahlar Hüseynov Orman.Az-a bildirib ki, verdiyi elan artıq bu gündən edtibarən qüvvədə olacaq:
“Mən aprel döyüşləri zamanı da hərbçilərimizi pulsuz daşımışıam. Ümumiyyətlə, mən hərbçilərdən gediş haqqı tələb etmirəm. Onlardan gediş haqqı almağı da düzgün saymıram. Bu günkü elanımı da reklam xətrinə etmirəm. Düşünürəm ki, hər kəs belə şəxslərə qarşı hörmət göstərməli, bacardıqları köməkliyi etməlidirlər. Bu bizim borcumuzdur”.

Qeyd edək ki, Şahlar Hüseynov bu addımının özünütəbliğ kimi başa düşülücəyindən ehtiyatlanıb, mətbuatda işıqlandırılmasını istəmirdi.
Lakin biz də, öz borcumuzu yerinə yetirdiyimizi deyərək, qəhrəmanımızı ictimaiyyətə təqdim olunmağa razı saldıq.


Загрузка...