Səfir qətlə yetirilən diplomatdan danışdı

Siyasət SON XƏBƏRLƏR
Loading...

Rusiya Federasiyasının hüquq-mühafizə orqanları bu ölkənin Türkiyədəki sabiq səfiri, mərhum diplomat Andrey Karlovun qətli işi ilə bağlı türk həmkarları ilə sıx əlaqədədirlər.

Orman.Az Report-a istinadən xəbər verir ki, bu barədə Rusiya Federasiyasının Türkiyədəki səfiri Aleksey Yerxov bildirib.

“Rusiya hüquq-mühafizə orqanları bu iş üzrə türk həmkarları ilə ən sıx qarşılıqlı təsirlərdədir. İttihamnamə bizə təqdim olunub. Bu, çox həcmli sənəddir – türk dilində bir neçə yüz səhifədir, hansı ki, Rusiyanın səlahiyyətli orqanları tərəfindən diqqətlə araşdırılır. Məhkəmə yenicə başlayıb, ən birinci prosessual prosedurları keçib, iş ağırdır, xeyli sayda müttəhim cəlb edilib”, – deyə səfir müsahibəsində bildirib.

O, güman edir ki, məhkəmə prosesi azı bir neçə ay davam edəcək. “Buna hazır olmaq lazımdır, biz onun gedişini izləyəcəyik”, – deyə səfir əlavə edib.

Karlovun qətli işi üzrə məhkəmə yanvarın 8-də başlayıb. İşə Ankaranın Xüsusi Ağır cinayətlər üzrə İkinci Məhkəməsində baxılır.

Загрузка...